Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Pişik Filofeyin macəraları” adlı musiqili-tamaşa təqdim olundu

29-05-2019 11:54

Mayın 29-də C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində “Uşaqların Beynəlxalq müdafiəsi günü” ilə əlaqədar Y.Dubravinin “Pişik Filofeyin macəraları” adlı musiqili-tamaşa təqdim olundu. Məktəbin foyesində F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən kitab sərgisi təşkil edilmişdir. Tədbirdə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Ombudsman aparatının nümayəndəsi Azadə Novruzova, uşaq musiqi incəsənət məktəblərinin direktorları və.s qonaqlar iştirak edirdilər. Tədbir çərçivəsində, məktəbdə fəaliyyət göstərən xor kollektinin ifasında “Cırtdan” və “Divizi” səsləndirildi, rəqs kompozisiyalar təqdim olundu. Tədbirdə çıxış edən kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova uşaqları 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik etdi və iştirakçı uşaqlara kitablar hədiyyə etdi.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79