Orta yaşlı oxucular üçün ədəbiyyat
![]() |
BƏDİİ ƏDƏBİYYAT
Atalar sözləri: Nağıllar. - Bakı : Qələm Çingizoğlu MMC, 2018. - 148 s. : rəngli il., şək. Bu kitabda uşaqlar üçün maarifləndirici, əsasını atalar sözlərintəşkil edən nağıllar var. |
![]() |
Cəfərova X. R. Külək - Yel kürəsinin şahzadəsi: roman. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 180 s. : rəngli il. (super cildli) . Əsər oxucunu yaşadığı dünyaya kənardan - Yel kürəsindən baxmağa sövq edir. Bu zaman isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım etmək istəyir. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Romanda Bakı şəhəri, Qız qalası, İçərişəhər, Bayıl qəsri, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik obrazı oxucuya təqdim olunub. "Mistik janrda yazılmış bu romanın süjet xətti oxucunun xəyal gücünün genişliyinə imkan verir, bir çox tarixi yerlər, hadisələr barədə məlumatlar isə onun maarifləndiriciliyini artırır". (Çingiz Abdullayev). |
![]() |
Cəfərova X.. Külək. Bozqurdun sirri. II kitab. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2019. - 200 s. : rəngli il. - (Milli superqəhrəmanlar). "Külək - Bozqurdun sirri" əsərində seriyanın ilk kitabında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. Bəs görəsən, Külək öz məqsədinə nail olub onunla açıq savaşa girməkdən çəkinən məkrli düşmənə qalib gələ biləcəkmi? |
![]() |
Çəmənzəminli Y. V. Qan içində : Məktəblilər ücün sinifdən xaric oxu : Qələm, 2017. - 56 s. : şək. - (Məktəblilər üçün). Görkəmli söz ustası Yusif Vəzir Çəmənzəminlinin "Qan içində" romanında XVII əsrin mürəkkəb hadisələri, Qarabağ xanlığının ictimai-siyasi vəziyyəti, xanlıqlar arası çarpışmalar qələmə alınmışdır. Romanda Molla Pənah Vaqif, İbrahim xan, Məhəmməd bəy, Ağabəyim ağa kimi tarixi şəxsiyyətlərin obrazları ilə yanaşı, Qaçaq Səfər, Kazım, Allahqulu kimi surətlər də yaradılmışdır. |
![]() |
Eyvazlı F.Qaçaq Kərəm : Məktəblilər üçün sinifdən xaric oxu. - Bakı : Qələm, 2017. - 56 s. : şək. - (Məktəblilər üçün). |
![]() |
Eyyubov E. Gizli şahid: Detektiv konsel. - Bakı : Qələm , 2019. - 128 s. : rəngli il. Londonun sayılıb-seçilən iş adamlarından Con Ueldon özü üçün əlamətdar bir gündə dəhşətli xəbərlə sarsılır: onun oğulu atasının ad günü ziyafətinə gələrkən qatarda müəmmalı şəkildə qətlə yetirilir. Bundan sonra detektiv dostlar Konsel cə Dik sirlərlə dolu cinayətin üstünü açmaq üçün qollarını çirməyirlər. Onlar qatili tapmaqda qərarlıdırlar. Axı, bu, sadəcə, detektiv dostların peşəsindən irəli gələn vəzifə deyil, həm də, oğlunun qətlinə dözə bilməyib intihar edən Con Ueldon qarşısında mənəvi borcdur. Beləliklə, gənc yazar Elgünün "Gizli şahid" əsəri ilk baxışda detektiv janrına xas ənənəvi süjetlə başlayıb, sonradan özünəməxsus gözlənilməzlikləri ilə davam edir. Əsər, eyni zamanda, onun müəllifinin timsalında çağdaş Azərbaycan detektiv ədəbiyyatına yeni və istedadlı bir imzanın gəlişindən xəbər verir. |
![]() |
Əlibəyli X. Biletsiz sərnişin : Uşaq şeirləri və tapmacaları. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 383 s. : foto, il. - (Azərbaycan klassikləri). - Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş Xanımana Əlibəylinin "Biletsiz sərnişin" kitabında onun şeirləri və tapmacaları toplanıb. Şairənin əsərləri uşaqlarda vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ataya, anaya, müəllimə, ümumiyyətlə böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət kimi kamil insana xas duyğular aşılayır. |
![]() |
Xəlil Z. Göy qurşağı : şeirlər və mənzum nağıllar. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 258 s. : foto, il. Zahid Xəlil Azərbaycan poeziyasında görkəmli yer tutan şairlərimizdəndir. O, yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edibdir. Zahid Xəlil yaradıcılığı bir məqsədə xidmət edir: "Uşaqları ağıllı, qoçaq, işgüzar, zəhmətsevər görmək. Zahid Xəlilin uşaq şeirləri öz yığcamlığı ilə diqqəti cəlb edir. Az sözlə bütöv fikri ifadə etmək bacarığına malik olan şair bu üsuldan tez-tez istifadə etməyə çalışır, öz yığcamlıq prinsipinə sadiq qalır. "Göyqurşağı" kitabında onun ən yaxşı şeirləri və mənzum nağılları toplanıb. |
![]() |
Xəlil Z.Kralın kreslosu: hekayələr. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 300 s. : foto, il. Uşaqlar üçün yazılan hər bir əsər ədəbiyyatın çox vacib tərkib hissəsi kimi yaş, estetik zövq və anlam səviyyəsi müxtəlif olan minlərlə insan övladı tərəfindən oxunaraq dərk edilir. Zahid Xəlilin zəngin yaradıcılığından seçilib "Kralın kreslosu" adlı bu kitabda toplanmış hekayələr balacaların dünyagörüşünün formalaşmasında, maraq dairəsinin genişlənməsində, əxlaqi və mənəvi tərbiyəsində, xarakterlərinin müsbət istiqamətdə inkişafında və bədii zövqünün cilalanmasında böyük təsir qüvvəsinə malikdir. |
![]() |
Mahmud T. Yasəmənim. -Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 384 s. :foto, il. - (Azərbaycan klassikləri). Bütün həyatını, ömrünü uşaq ədəbiyyatına, mətbuatın inkişafına, balalarımızın, gənclərimizin təlim-tərbiyəsinə, onların dünya görüşünün formalaşmasına həsr edən, "Göyərçin" jurnalının baş redaktoru olmuş Tofiq Mahmudun "Yəsəmənim" kitabında onun uşaq şeirləri, məzmun nağılları və poemaları toplanıb. Tofiq Mahmudun şeirlərində insan sevgisi dil açıb danışır. Klassiklər səviyyəsinə yüksəlmiş şairin əsərlərində sevgi, həyat eşqi, gözəllik, vətənpərvərlik duyğuları əsas mövzudur. Bu, təsadüfi deyildi, çünki Tofiq Mahmud son dərəcə işıqlı, nurlu, kövrək, uşaq kimi təmiz insanidi. |
![]() |
Məmmədquluzadə C. H.Saqqallı uşaq: Hekayələr. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2019. - 435 s. : foto, il. - (Azərbaycan klassikləri). Azərbaycanda ilk satirik jurnal olan "Molla Nəsrəddin" məcmusunun naşiri, dahi yazıçımız Cəlil Məmmədquluzadənin "Saqqallı uşaq" kitabında ədibin satirik hekayələri toplanıb. Dövrünün problemlərini, cəmiyyətin eybəcərliklərini, qüsurlarını acı gülüşlə ifşa edən Cəlil Məmmədquluzadə öz əsərlərində satiranın dili ilə xalqın tərəqqisinə əngəl olan dərdləri "qamçılayırdı". O, Azərbaycan xalqı üçün elmdən başqa nicat yolunun olmadığını var gücü ilə car çəkirdi. Yazıçının milli istiqlal arzuları Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra gerçəkləşdi. |
![]() |
Ordubadi M. S. Dumanlı Təbriz : Məktəblilər üçün sinifdən xaric oxu. - Bakı : Qələm , 2017. - 56 s. : şək. - (Məktəblilər üçün). M.S.Ordubadi "Dumanlı Təbriz" əsəri ilə Azərbaycanda tarixi rоman janrının ilk gözəl nümunəsini yaratmışdır. XX əsrin ilk inqilablar dövrünün mənzərəsini müəllif məhz bu əsərində canlandırmışdır. Ümumiyyətlə, Şərq həyatı haqqında ilk həqiqi və dоlğun təəssürat, bədii, əfsanəvi dоna bürünmüş zəngin, hərtərəfli məlumat bu əsərdə vеrilmişdir. M.S.Ordubadinin Cənubi Azərbaycandakı inqilabı təsvir edən "Dumanlı Təbriz" romanı Səttar xan və Bağır xanın qəhrəmanlığından, eyni zamanda Cənubi Azərbaycan inqilabçılarının öz ölkələrini İran mürtəceləri və xarici imperialistlərinin zülmündən qurtarmaq üçün apardıqları mübarizədən bəhs edir. |
![]() |
Sabir M. Ə.Məktəb şagirdlərinə töhfə : uşaq şeirləri, satiralar, hekayə, məqalələr. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 188 s. - (Azərbaycan klassikləri) Artıq ikinci əsrdir ki, dahi satirik şair Mirzə Ələkbər Sabirin əsərləri sevilərək oxunur, köhnəlmir, əksinə gündən günə yenilənir, hər zamanla ayaqlaşır. Bu əsərlərdə cəmiyyətin bəlaları, insanların tərəqqisinə əngəl olan səbəblər, problemlər satira dili ilə ifşa olunur. Şairin yaradıcılığında uşaqlara həsr olunmuş şeirləri də xüsusi yer tutur və bütün nəşrlərdə onun "uşaqlara hədiyyə"si kimi təqdim edilir. "Məktəb şagirdlərinə töhfə" adlandırdığımız bu kitabda şairin dillər əzbəri olan uşaq şeirləri ilə yanaşı, ən məşhur satiraları, hekayəsi, bəzi məqalələri, qələm yoldaşı Abbas Səhhətə yazdığı iki məktubu və məktəb dərsliklərində adı çəkilən bütün əsərləri toplanıb. Kitab şagirdlər, tələbələr və müəllimlər üçün nəzərdə tutulub. |
![]() |
Şıxlı İ.Ayrılan yollar: Məktəblilər üçün. - Bakı : Qələm , 2016. - 96 s. : şək. - (Məktəblilər üçün). İsmayıl Şıxlı nəsrin astanasından içəri daxil olan andan özünü bir yazıçı kimi tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. Özünün sonralar dediyi kimi, "Ayrılan yollar" kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi. İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrin birində deyirdi: "Ayrılan yollar" şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və "Yanar ürək", "Böyük dayaq", "Qara daşlar" kimi romanların yaxşı mənada örnəyi, sələfidir. |
![]() |
Təmsillər : Ən məşhur təmsil yazıçıları. - Bakı : Kitab klubu MMC, 2017. - 150 s. : rəngli il. Təmsil - epik növün ən qədim janrlarından biridir. Təmsil həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cisimləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təmsil əxlaqi - tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır. |
![]() |
XARİCİ ÖLKƏLƏR ƏDƏBİYYATI
Almond D. Skelliq. - Bakı : Altun Kitab, 2018. - 128 s. : il., rəngli foto. - (Məktəblinin kitabxanası = Dünya ədəbiyyatında seçmələr). Yazıçıya ən böyük şöhrəti "Skellliq" romanı gətirib. 1998-ci ildə işıq üzü görən əsər indiyədək bir çox dillərə tərcümə olunub, müəllifinə isə bir çox mükafatlar qazandırıb. Qeyri-adi süjet xəttinə və qəhrəmanlarına görə maraqla oxunan roman artıq dünya uşaq ədəbiyyatının incilərindən sayılır. "Skelliq"in motivləri əsasında bədii film çəkilib, həmçinin tamaşa və opera hazırlanıb. |
![]() |
Aytmatov Ç. Ağ gəmi. - Bakı : Altun Kitab, 2017. - 176 s. : il., rəngli foto. - (Məktəblinin kitabxanası = Dünya ədəbiyyatından seçmələr). "Ağ gəmi" povestində birinci sinfə getməyə hazırlaşan balaca oğlanın arzularından, qurduğu xəyal dünyasından bəhs olunur. Yazıçı bu əsərində də əfsanələri real həyatla, yaşadığı zamanla əlaqələndirmişdir. |
![]() |
Bonzels V. Arı balası Maya- Bakı : Altun kitab MMC, 2018. - 128 s. : il., rəngli foto. - (Məktəbli kitabxanası = Dünya ədəbiyyatından seçmələr. Macəra ədəbiyyatı 8+). Valdemar Bonzelsə böyük şöhrət qazandıran əsəri "Arı balası Mayanın macəraları" (1912) povesti olmuşdur. Müəllif burada müxtəlif həşaratların yaşayış tərzini ustalıqla təsvir etmişdir. Əsər Maya adlı balaca bir arının başına gələnlərdən bəhs edir. Öz pətəyini tərk edən Maya ətraf aləmi öyrənməyə başlayır, yeni-yeni həşaratlarla tanış olur. O bu səyahətdə xeyirlə şərin nə demək olduğunun anlayır, düşmənlərlə mübarizədə daha da mətinləşir, həyatın mənasını dərk edir. |
![]() |
Dal R. Çarli və şokolad fabriki. - Bakı : Altun Kitab, 2018. - 144 s. : il., rəngli foto . - (Məktəbli Kitabxanası = Dünya ədəbiyyatından seçmələr. Macəra ədəbiyyatı 8+). Norveç əsilli ingilis yazıçısı Road Dal II Dünya müharibəsi dövründə hərbi pilot, daha sonra diplomat kimi fəaliyyət göstərmişdir. Əsasən, uşaq yazıçısı kimi tanınsa da, böyüklər üçün bir sıra maraqlı hekayələr və film ssenariləri yazmışdır. Yazıçının ən məşhur əsəri olan və dünya uşaq ədəbiyyatının ən gözəl əsərlərindən sayılan "Çarli və şokalad fabriki" povesti ilk dəfə 1964-cü ildə işıq üzü görmüşdür. Əsər əsasında "Villi Vonka və şokalad fabriki", "Çarli və şokalad fabriki" filmləri çəkilmişdir. Yazıçı 1972-ci ildə bu povestin davamı olaraq "Çarli və böyük şüşə lift" əsərini də yazmışdır. "Çarli və şokalad fabriki" Villi Vonka məxsus şokalad fabrikini görmək şansı qazanan Çarli Bekketin başına gələn macəralardan bəhs edir. |
![]() |
Dahilərin unudulmaz məktubları.- Bakı : Qələm , 2016. - 152 s. : şək., il. - (Şəxsiyyətlər ensiklopediyası) Şəxsiyyətlər ensiklopediyasına daxil olan "Dahilərin unudulmaz məktubarı" nəşrində bir çox görkəmli şəxsiyyətlərin o cümlədən, Çarli Çapinin qızına, Eynşteynun Freydə, Lev Tolstoyun İmperator II Nikolaya, A.Çexovun oğluna yazdığı və s. bu tipli məktubları yer almışdır. |
![]() |
Kerol L. Alisa möcüzələr aləmində. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 160 s. : il. - (Mənim ilk klassik əsərim). Çayın sahilində bacısı ilə oynayan Alisa darıxırdı. Birdən onun gözünə sürətlə qaçan Ağ Dovşan sataşdı. Bura qədər hər şey normaldır. Amma Ağ Dovşanın cib saatı var idi və o harasa tələsirdi, çünki tez-tez saatına baxırdı. Hər şeylə maraqlanan Alisa onun dalınca uzun tunelə oxşar yuvaya girir və içəridə bir-birindən fərqli qapılar görür. Hər qapının arxasında isə yeni bir aləm, qəribə, fantastik canlılar, inanılmaz macəralar onu gözləyirdi. Alisa özü də bu qəribə dünyada dəyişirdi - gah böyüyür, gah da cırtdandan da kiçik olurdu...İxtisasca riyaziyyatçı olan məşhur ingilis yazıçısı və şairi Çarlz Lüdviq Dodsonun Luis Kerol imzası ilə yazdığı "Alisa möcüzələr aləmində" əsəri ilk dəfə 1865-ci ildə İngiltərədə çap olunub. Əsər mücərrəd ədəbiyyat tərzində yazılan ilk kitab hesab olunur və buradakı obrazlar, hadisələr, təsvirlər xüsusi fantaziyanın məhsuludur. Məhz buna görə "Alisa möcüzələr aləmində" əsəri klassik ədəbiyyat nümunəsi olsa da, hər dövrün uşaqları tərəfindən maraqla oxunur, öz aktuallığını itirmir. |
![]() |
Luis K. S. Aslan, cadugər və sehrli şkaf. II kitab. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 184 s. : il. - (Mənim ilk klassik əsərim. Narniya macəraları). Qapını aç və yeni dünyaya daxil ol. NARNİYA... paltar şkafının qapısının arxasındakı dünya -ayazın - şaxtanın daim hökm sürdüyü sirli məmləkət... azad olunmasını gözləyən sehrli diyar. Lyusi professorun köhnə, müəmmalı evindəki paltar şkafının sirrini bilən ilk uşaqdır. O, Narniyaya səfəri barədə ilk dəfə danışanda bacısı və qardaşları ona inanmırlar. Ancaq tezliklə Edmund, sonra Piter və Syuzan özləri də şkafın içinə girir. Narniyada onlar Bəyaz cadugərin qara tilsimi altında olan məmləkətə düşürlər. Uşaqlar Aslanla qarşılaşdıqda, başa düşürlər ki, böyük bir macəra üçün çağırılıblar və Narniyanı cadugərin məşum tilsimindən azad etmək üçün cəsarətlə döyüşə atılırlar. |
|
|
Luis K. S. At və şahzadə. III kitab. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 216 s. : il. - (Mənim ilk klassik əsərim. Narniya macəraları). - Devid və Duglas Qreşemə həsr edilir. Təsadüfi dostluq şimaldakı Narniyaya, daha doğrusu, azadlığa doğru çapmağa səbəb olur. NARNİYA... elə bir yerdir ki, burada atlar danışır və şirlər səhralarda dolaşır... Burada dörd möhkəm dost səltənəti xilas etmək üçün birləşir. Şasta adlı bir oğlan qul kimi satılmaq üzrə olarkən danışmağı bacaran atla təəccüb doğuracaq şəkildə dostlaşır. Hər ikisi şimala - Narniya məmləkətinə qaçmağı qərara alır. Yolüstü özləri kimi qeyri-adi daha iki yolçu ilə qarşılaşırlar. Onlar şər qüvvələrin Narniyanı işğal etmək və ram etmək istədiyini öyrəndikdə dördü də özlərini və Narniyada başqa sevəcəkləri hər bir kəsi xilas etmək üçün qaçıb tam zamanında ora yetişir. |
![]() |
Luis K. S. Sehrbazın bacısı oğlu. I kitab. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 203 s. : il. - (Mənim ilk klassik əsərim. Narniya macəraları). Qonşuluqdakı evə aparan gizli keçid yeni bir dünyaya yol açır. Bu yeni dünya Narniya adlı diyardır. Bura qanadlı atların, danışan heyvanların yaşadığı, eləcə də sehr və macəralarla dolu məmləkətdir. Diqori və Poli soyuq və yağışlı yayda Londonda tanış olmuş və dostlaşmışdı. Özünü sehrbaz hesab edən Endryu dayı ilə rastlaşdıqdan sonra başqa bir aləmdə onların həyatı macəraya çevrilir. Onlar Narniya adlı yeni bir məmləkətə yol tapırlar! Lakin Poli və Diqori zalım cadugəri oyadır, cadugərin yenicə tapdıqları məmləkəti dağıtmasına imkan verməmək üçün onun axtarışına göndərilirlər. |
![]() |
Montqomeri L. Şahzadə Eduard adasının qızı Anni. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 312 s. : il. - (Mənim ilk klassik əsərim). Kanadalı yazıçı Lyusi Moud Montqomerinin "Şahzadə Eduard adasının qızı Anni" əsərinin qəhrəmanı Anni qəsəbədən tanıdığı Priskilla Qrant, Gilbert Blit və Çarli Slonla birlikdə Redmond universitetində ali təhsil almaq üçün Avonlini, çox sevdiyi Qrin Qeyblz malikanəsini tərk edir. Burada keçirdiyi 4 illik tələbəlik dövründə baş verənlər, yeni tanışlar onun həyatını dəyişdirir. Anni də bütün gənc qızlar kimi həmişə xəyalını qurduğu romantik evlilik təklifi alır. Amma heç də hər şey onun gözlədiyi kimi olmur. Nəhayət, o, arzuladığı şahzadə ilə - romantik, yaraşıqlı və varlı ailədən olan Royal Qardnerlə tanış olur. Görəsən, bu tanışlıq hamının gözlədiyi kimi evliliklə bitəcəkmi? Anninin hiss etdiyi boşluğu Royun sevgisi dolduracaqmı? |
![]() |
Nayt E. Lessi. - Bakı : Altun kitab MMC, 2018. - 128 s. : il., rəngli foto. - (Məktəblinin kitabxanası = Dünya ədəbiyyatından seçmələr). - Doktor Harri Carrettə - köpəkləri anlayan insana ithaf olunur. "Lessi" romanı kollo cinsindən olan itin macəralarından bəhs edir. Lessi adlı bu it yorkşirli Sem Kerraklafın evində yaşayır və onun oğlu Coya çox bağlıdır. Sem işini itirəndə və ailə çətin vəziyyətə düşəndə iti varlı bir zadəgana satmalı olur. İtin yeni sahibi onu uzaqlara, özünün Şotlandiyadakı malikanəsinə aparır. Lessi oradan qaçıb öz sahibinin yanına qayıdır. Amma evə çatana qədər başına xeyli sərgüzəştlər gəlir. |
![]() |
Nesbit E. Dəmir yolu uşaqları. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 256 s. - (Mənim ilk klassik əsərim). Bir axşam Roberta, Piter və Filisin bütün ailəsinin taleyini dəyişdirən müdhiş hadisə baş verir və qulluqçuların əhatəsində qayğısız böyüyən uşaqlar ucqar qəsəbədə, dəmir yolu xəttinin yaxınlığındakı sadə evdə yaşamalı olurlar. Ən maraqlı məşğuliyyətləri isə keçən qatarlara baxmaq, sərnişinlərə əl yelləmək, bununla da atalarına salam göndərməkdir. İngilis yazıçısı Edit Nesbitin "Dəmir yolu uşaqları" kitabı ilk dəfə 1906-cı ildə çap olunub dəfələrlə ekranlaşdırılıb. Kitab 10 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulub. |
![]() |
Oraqçı M. Dahilərdən maraqlı hekayələr. - Bakı : Qələm , 2019. - 112 s. : rəngli il., şək. Burada uşaqlar üçün dahilərə həsr edilmiş bir-birindən maraqlı və ibrətamiz hekayələr əks etdirilmişdir. |
![]() |
Tarnovska V. Ərəb nağılları. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 160 s. : rəngli il. Bu kitabda nənələrimizin danışdığı, uşaq və böyüklərin, şah və şahzadələrin, varlı və kasıbların maraqla dinlədiyi nağıllar toplanıb. Mədainin qəzəbli hökmdarı Şəhriyarın xanımı ona xəyanət edir. Bundan sonra şah evləndiyi qadınları toy gününün səhəri öldürür. Təkcə bir qadın - Şəhrizad hökmdarı yarasına məlhəm olacağına inanır. O, hər gecə hökmdarla birlikdə sehrli küpələrin, almaz xalxalların, əsrarəngiz şeyxlərin, vəfalı şahzadələrin, uçan xalçaların və möhtəşəm sarayların olduğu sirli nağıllar aləminə səyahət edir. |
![]() |
Uells H. C. Zaman maşını. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 160 s. : il.- (Mənim ilk klassik əsərim). Zamanda səyahət mümkündürmü? Keçmişi tarixdən öyrənə bilirik, bəs gələcəkdə bizi nə gözləyir? Bəşəriyyətin inkişafı necə olacaq? Yazıçı Herbert Corc Uellsin "Zaman maşını" əsərinin qəhrəmanı olan Zaman Səyyahı da onu düşündürən bu suallara cavab tapmaq üçün uzun müddət üzərində işlədiyi maşını sınaqdan keçirmək qərarına gəlir və zamanda səyahət edərək 802701-ci ilə gedib çıxır. Lakin onun gələcəkdə rastlaşdığı reallıq heç də gözlədiyi kimi deyil. Yazıçı bu əsər vasitəsilə sivilizasiyanın bir gün cəmiyyətə qarşı çevriləcəyini, etinasızlığın, insanların bir-birinə qarşı laqeydliyin bəşəri fəlakətə səbəb olacağını demək isdəyir. Herbert Corc Uellsin bu əsərdə irəli sürdüyü fikirlərin çoxu sonralar isbat olundu, onun Zamanın Kainatın dördüncü ölçüsü olması fikri isə sonralar Albert Eynşteyinin nisbilik nəzəriyyəsi ilə təsdiq edildi. |
![]() |
Агаев Т. Инжировое дерево : Маленькие сказки. Для дошкольного и младшего школьного возраста. - Баку : Пергамент, 2019. - 38 с. : ил. - Книга издана по заказу Республиканской Государственной детской Библиотеки им. Ф. Кочарли. В этой книжке собраны маленькие сказки, смешные истории по мотивам азербайджанского фольклора, которые помогают малышу познать окружающий мир, такой большой, прекрасный и полный неожиданностей. |
![]() |
ELMİ-KÜTLƏVİ ƏSƏRLƏR
Ensiklopediya : Sual və cavab. - Bakı : Qələm Çingizoğlu MMC, 2018. - 176 s. : çək., rəngli il. ; (qalın cildli) Bu kitabda okean, elm, insan anatomiyası, kosmos eləcədə dünya haqqında ümumi ensiklopedik məlumatlar yer alır. |
![]() |
Heyvanlar : Məməlilər, quşlar, suda-quruda yaşayanlar, sürünənlər, balıqlar, onurğasızlar. - Bakı : Qələm Çingizoğlu, 2016. - 296 s. : rəngli il., şək. - (Ensiklopediya). Kitabda Avropa, Asiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Avstraliya və Okeaniya, Dənizlər və Okeanların heyvanlar aləmi haqqında geniş məlumatlar verilir. Bu kitab heyvanlar haqqında ensiklopediyadır. Məktəbli uşaqlar üçün çox gözəl dərslikdir. Burada bir çox heyvanlar, onların yaşadığı coğrafi məkan, qidalanmaları, özəl xüsusiyyətləri haqqında bəhs olunur. |
![]() |
Kaya V. Sevimli peyğəmbərim : uşaqlar üçün Hz. Peyğəmbərin (s.ə.s) həyatı. - Bakı : İpəkyolu Nəşriyyatı, 2019. - 192 s. : rəngli foto, rəngli il. Mədinədə hər kəs qədər uşaqlar da kədərləndi rəhmət peyğəmbərindən ayrılmalarına. Peyğəmbərimizin (s.ə.s.) vəfatı onları da dərindən təsirləndirdi. Fəqət onlar da böyüyüb gənc səhabə oldular və Əfəndimizin əmanətinə sahib çıxdılar. Bu gün də Allaha layiqli bir qul olmaq üçün "ən gözəl nümunə" Peyğəmbərinin yolundan getmək istəyən minlərcə gənc var. Və əlinizdəki kitabn kiçik bir zərrə də olsa, Peyğəmbərlərini bu gənclərə tanıtmaq üçün qələmə alındı. |
![]() |
Özdamarlar M. İslam tarixi. - Bakı : Qələm , 2019. - 88 s. : rəngli il., xəritə. - (Uşaq ensiklopediyası). Uşaq ensiklopediyası adlandırılmış bu kitabda İslam tarixinin önəmli mövzularına dair məlumatlar verilmişdir. |
![]() |
Özdamarlar M. Qədim türk xalqlarının tarixi. - Bakı : Qələm , 2019. - 192 s. : rəngli il., il. - (Uşaq ensiklopediyası). Uşaq ensiklopediyası adlandırılmış bu kitabda qədim türk xalqlarının tarixinə nəzər salınmışdır. (9-14) |
![]() |
Raqifoğlu E. Azərbaycan cümhuriyyətini quranlar. - Bakı : Qələm , 2019. - 160 s. : rəngli il. - (Uşaq ensiklopediyası). Bu kitabda Azərbaycan Xalq cümhuriyyətinin qurucuları haqqında geniş məlumatlar öz əksini tapmışdır. |
![]() |
Raqifoğlu E. Dost və düşmən olmuş məşhurlar. - Bakı : Qələm , 2019. - 64 s. : foto, rəngli il. - (Uşaq ensiklopediyası). Uşaq ensiklopediyası adlanan bu seriyalı kitabda tarixdə Dost və düşmən olmuş məşhurların həyat hekayələri verilmişdir. |
![]() |
Raqifoğlu E. Uşaq qəhrəmanları. - Bakı : Qələm , 2019. - 80 s. : rəngli il. - (Uşaq ensiklopediyası). Uşaq ensiklopediyası seriyası altında uşaqlar öz sevimli nağıl qəhrəmanları ilə Pinokkio, Uzuncorab Peppi, Karlson və digərləri haqqında maraqlı məlumatlar əldə edəcəklər. |



.jpg)





.jpg)


































