Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Nizami rayonu 32 saylı tam orta məktəbin şagirdləri Kitabxanada ekskursiya etdilər

05-11-2019 16:32

Noyabrın 4-də Nizami rayonunda yerləşən 32 saylı tam orta məktəbin VI sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Onlar kitabxananın tarixi, ayrı–ayrı şöbələrinin işi ilə yaxından tanış oldular. Oxu zalları və “Nağıl otağı” ilə tanışlıq şagirdlərin xüsusi maraqlarına səbəb oldu. Kiçik oxu zalında kitabxananın əməkdaşı yeni alınmış kitablar haqqında məlumat verdi, oyuncaq-kitablardan danışdı. “Nağıl otağı”-da şagirdlər maraqlı nağıllar dinlədilər, cizgi filminə baxdılar. Şagirdlərin bütün sualları əməkdaşlar tərəfindən cavablandırıldı. Həmçinin, kiçik yaşlı uşaqlara məktəbdə səyyar xidmətin təşkili ilə əlaqədar müqavilə bağlandı.  

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79