Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Niyyəti gözəl, bu günü gözəl, sabahı parlaq Azərbaycanım!” adlı virtual esse müsabiqəsinin nəticələri məlum oldu

26-11-2020 15:56

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının start verdiyi  “Niyyəti gözəl, bu günü gözəl, sabahı parlaq Azərbaycanım!” adlı esse müsabiqəsi yekunlaşdı. Respublikanın hər bir bölgəsindən kitabxananın elektron poçt ünvanına yönlənən esselər uşaqların qəlbindən qopub gələn qürurverici hisslərin tərcümanıdır. Vətənpərvər məktəblilərin Azərbaycanın şanlı dünənindən, uğurlu bu günündən və aydın sabahından fəxrlə bəhs etdikləri esselər iştiraka görə və həvəsləndirici yerlərlə yanaşı I,II,III yer olaraq qiymətləndirildi. 

  I Yer:  Göyçay şəhər Ziya Bünyadov adına 3 saylı tam orta məktəbin IXv  sinif şagirdi Yusifli Xanım;

II  Yer: Bakı şəhər Nizami rayon Kamil Əyyubov adına 12 saylı tam orta məktəbin VIa  sinif şagirdi Əlizadə Yusif;

III Yer:  Şuşa şəhər 1 nömrəli tam orta məktəbin VId  sinif şagirdi Nərmin Hüseynova  layiq görüldü.

Qeyd edək ki,Respublika Uşaq Kitabxanası tərəfindən qaliblərə və iştirakçı uşaqlara diplomlarla yanaşı kitablar hədiyyə ediləcək.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79