Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Niyyəti gözəl, bu günü gözəl, sabahı parlaq Azərbaycanım!” adlı esse müsabiqəsi

29-10-2020 13:47

Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə vətənpərvərlik, vətən torpağına, millətə sədaqət hisslərini aşılamaq və onlara dəstək olmaqdır. Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır.Vətənə olan borcunu ödəməkdir - Vətənpərlik. Bu sözdə deyil, əməldə olmalıdır. Bu gün hər birimiz Mübariz, Fərid, Polad və digər qəhrəman oğullarımız kimi sinəmizi sipər etməyə hazır olmalıyıq. Vətənpərvər olmaq Vətənin qanadı olmaq deməkdir. O qanad nə qədər güclü olsa, Vətən o qədər ucalacaq, yüksəklərdə olacaq.

Müsabiqənin şərtləri:

  • Müsabiqəyə yalnız 1 esse təqdim edilə bilər;
  • Mətnin həcmi 2 A4 formatından çox olmamalı;
  • Müsabiqə iştirakçılarının yaş həddi 10-17 yaş arası;

Esse təqdim edilərkən oxucu özü haqqında məlumatı (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, elektron poçt ünvanını) təqdim etməlidir.

Esselərin son qəbul tarixi 16 noyabr 2020-ci il.

 

Mövzu:

Vətənpərvərlik.

Qaliblərin seçilməsi və mükafatlandırılması:

Münsiflər heyəti tərəfindən “10-17” yaş arası uşaq və yeniyetmələr arasında 3 nəfər qalib seçiləcəkdir;

Qalib və iştirakçılara həvəsləndirici diplom, fəxri fərman və kitablar hədiyyə olunacaq.

Esselər elektron poçt ünvanına göndərilməlidir:

info@clb.az

ushaqkitabxanasi@gmail.com

childlibbaku@yahoo.com

Əlavə məlumat üçün əlaqə telefonu:

(012) 597-08-79


 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79