Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Narkomaniya 21-ci əsrin bəlasıdır” adlı skyp görüş keçirildi

27-04-2020 11:19

Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbinin 9-cu sinif şagirdləri, Respublika narkoloji dispanserin həkimi Asif Kəngərli,və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında növbəti onlayn görüş keçirildi. Skayp görüş, “Narkomaniya 21-ci əsrin bəlasıdır”  mövzusunda reallaşdı. Onlayn görüşün bu mövzuda keçirilməsində əsas məqsəd, dünyanı bürüyən narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə vurduğu ziyan haqqında məlumat vermək və yeniyetmələri maarifləndirmək idi. Asif Kəngərli yeniyetmələrə, “Bəla” tamaşası haqqında və Respublikada bu mövzuda çap olunmuş kitablar haqqında ətraflı məlumat verdi. Şagirdləri maraqlandıran bütün suallar ətraflı cavablandırıldı. Görüş çərçivəsində, Ş.Qəmbərova, uşaqlara zərərli vərdişlərin ağır fəsadları barədə məlumat verdi. Uşaqları, daima sağlam həyat tərzi sürərək zərərli vərdişlərdən uzaq durmağa səslədi. Sonda Ş.Qəmbərova, uşaqlara vətəninə, millətinə, dövlətinə, ailəsinə yararlı və sağlam bir insan kimi yetişməyi arzuladı.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79