“Nağıllarımızı sevək, öyrənək” adı altında nağıl saatı keçirildi
15-11-2019 16:33
Noyabrın 13-də F. Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Yasamal rayonunda yerləşən 6 saylı uşaq bağçasında “Nağıllarımızı sevək, öyrənək” adı altında nağıl saatı keçirdilər. Nağıl saatı ərzində uşaqlar “ Bir gün kosmosda”, “Bir Gün dənizdə”, “Bir Gün kənddə”, “Hansel və Qretel”, “Fətir oğlan”, “Alma”, “Kim Miyo dedi ?”, “Üç pişik Balası“ adlı nağılları dinlədilər və həmin nağılları müzakirə etdilər. Uşaqların dinlədikləri nağıllar əsasında verdiyi suallar kitabxanaçılar tərəfindən cavablandırdı.






