Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Mətbuat günü ilə bağlı suallar

22-07-2021 14:00

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 22 iyul - Azərbaycanda Milli Mətbuat Günü münasibəti ilə təşkil etdiyi onlayn viktorinanın sualları. Suallara saat 14.30-a qədər cavab verərək ushaqkitabxanasi@gmail.com ünvanına göndərməyiniz xahiş olunur.

1.“Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” Bu fikir hansı tarixi şəxsiyyətə məxsusdur?

2.Milli mətbuatımızın qaranquşu hesab edilən ilk qəzet, yaranma tarixi və təssiçisi kimdir?

3.Əkinçi qəzeti fəaliyyəti dövründə neçə dəfə oxucularının görüşünə gəlib?

4.Əkinçi qəzeti nədən bəhs edirdi və onun hansı bölmələri var idi?

5.Azərbaycan mətbuatının banisi Həsən Bəy Zərdabinin millətimizin mariflənməsi istiqamətində daha hansı xidmətləri olub?

6.Azərbaycanda ən çox jurnalistlərin dostu mükafatına layiq görülən siyasi xadim?

7.Milli qəhrəman adına layiq görülmüş jurnalistlər kimlərdir?

8.H.Zərdabinin elmi–kütləvi məqalələri hansı qəzetlərdə dərc olunurdu?

9.Əkinçi qəzetində məqalələri dərc olunan Azərbaycanın görkəmli yazarlarından kimləri tanıyırsız?

10.Ölkəmizin siyasi, mədəni həyatında yeni dövrün başlanğıcı sayılan, ilk dəfə “Danışır Bakı” ifadəsi ilə dinləyicilərin görüşünə gələn Azərbaycan Dövlət Radiosu hansı tarixdə yayıma başladı?

11.“Göstərir Bakı” kəlməsi ilə ölkəmizdə televiziyaçılıq ənənəsinin əsasını qoyan Azərbaycan Dövlət Televiziyası ilk dəfə yayıma neçənci ildə başladı?

12.Azərbaycan Dövlət Televiziyasının ilk aparıcısı kimi tarixə düşən şəxs kimdir?

13.Azərbaycan Dövlət Televiziyasında ilk nümayiş olunan film hansıdır?

14.Azərbaycanın media tarixində inqilabi qərarlardan sayılan və bununla media üzərindən senzuranın ləğvini nəzərdə tutan “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərman nə zaman və kim tərəfindən imzalanıb? 15.Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu nə zaman yaradılıb?

16.Konstitusiyamızın hansı maddəsində məlumat azadlığı bəndləri təsbit olunub?

17.Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü hansı tarixdə qeyd olunur?

18.Müstəqillik dövründə ölkəmizdə nəşr olunan uşaq mətbuatının adlarını sadalayın.

19.Uşaq mətbuatının yaranmasında əməyi olan yazıçı və şairlərdən kimləri tanıyırsınız?

20.“Sizi deyib gəlmişəm, ey müsəlman qardaşlarım!” xitabı ilə elm və mədəniyyət dünyasına çıxan jurnal necə adlanırdı?

21.Uşaq mətbuatımıza dəyərli töhfələr verən uşaq yazıçılarımızın adlarını qeyd edin.

22.Soyadı Məlikov olan Həsən bəy nə üçün “Zərdabi” ni özünə təxəllüs seçmişdir?

23.Sovet Azərbaycanında ən məşhur uşaq qəzeti sayılan “Azərbaycan pioneri” qəzeti ilk dəfə nə zaman işıq üzü görmüş?

24.Həsən bəy Zərdabinin adını daşıyan muzey və institut harda fəaliyyət göstərir?

25.Azərbaycan mədəniyyəti tarixində ilk nəşriyyat necə adlanırdı və fəaliyyətə nə zaman başlamışdı?

26.“Qəzet oxumağı öyrədəcəyəm, qəzetə alışacaqlar, onsuz darıxacaqlar” bu sözlər kimə aiddir?

27.Nəşri Azərbaycan Demokratik Respublikası dövrünə təsadüf edən uşaq jurnalı necə adlanırdı və əsası kim tərəfindən qoyulmuşdur?

28.XX əsrin əvvəllərində demokratik mətbuatın yaranmasında mübarizə aparan şəxsiyyətlər kimlərdir?

29.Uşaqların Beynəlxalq Televiziya və Radio Günü nə zaman qeyd edilir?

30.XX əsrə qədər Azərbaycan dilində qəzet əvəzinə hansı söz işlənirdi?




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79