Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası
Molla Nəsrəddin-110
11-01-2017 11:16
1906-cı ilin 7 aprel günü Azərbaycan mətbuatının, Azərbaycan mədəniyyətinin tarixinə əlamətdar bir gün kimi yazıldı. Həmin gün “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” xitabı ilə həqiqətən də, xalqın dərdinə şərik olacaq, onunla bir deyib bir güləcək bir mətbu orqanının - “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxdı.