Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Mən sülhə səs verirəm ” adlı tədbir keçirildi

13-09-2019 22:59

Sentyabrın 12-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialında 21 avqust – 21 sentyabr “Beynəlxalq  Sülh aylığı” çərçivəsində kiçik yaşlı oxucularla “Mən sülhə səs verirəm ” adlı şeir müsabiqəsi və eyni adlı sərgi təşkil edildi. Tədbir, 222 saylı bağçanın uşaqlarının Rəşid Şəfəqin “ Göyərçinik biz” nəğməsini ifa etməsi ilə başladı. Kitabxana əməkdaşı uşaqlara Beynəlxalq Sülh Günü haqqında məlumat verdi.  Qeyd etdi ki, Sülhü qorumaq  cinsindən, irqindən asılı olmayaraq bütün dünya insanlarının  arzu etdiyi və can atdığı müsbət keyfiyyətləri özündə birləşdirən yorulmadan çalışdığı uğurlu bir missiyadır. Sonra uşaqlar, M. Dilbazinin Azərbaycanım, R. Yusifoğlunun Göyərçinim, Göyərçin, Vətən, A. Səhhətin  Vətən, Ə. Cavadın  Al bayrağa,  Ə.Kürçaylının Vətən, X. Əlibəylinin Günəş olaram və s.. şeirlərini söylədilər. Öz ifası ilə fərqlənən uşaqlar kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı  ilə mükafatlandırıldı. Tədbir, bütün uşaqların birgə uşaq yazarı G.İbrahimovanın “Sülh nəğməsi”ni  ifa etmələri ilə başa çatdı.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79