Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Məlumat Biblioqrafiya şöbəsinin təqdimatında ustad dərsi keçirildi.

29-11-2018 10:59

28 noyabr 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Məlumat Biblioqrafiya şöbəsinin təqdimatında ustad dərsi keçirildi. Ustad dərsində, kitabxananın əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanaçılıq- İnformasiya fakültəsinin tələbələri də, iştirak edirdilər. Dərsdə, şöbə haqqında ümumi məlumat, əsas vəzifələri, fəaliyyət istiqamətləri, şöbənin son dövrdəki fəaliyyəti, biblioqrafiq göstəricilər, irbis proqramından istifadə qaydaları, müasir dövrdə kitabxanaların informasiya ötürücüsü kimi rolu, elektron kitabxana və elektron kataloq haqqında dolğun məlumat verildi. Sonda, iştirakçılara maraqlı olan suallar mütəxəssislər tərəfindən cavablandırıldı.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79