Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Məktəb Kitabxanaları Günü” münasibəti ilə tədbir keçirilmişdir.

25-10-2017 09:19

22 oktyabr 2017-ci il tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının əməkdaşları “Məktəb Kitabxanaları Günü” münasibəti ilə 176 saylı orta məktəbin kitabxanasında Məktəb proqramına kömək layihəsi ilə 35 adda kitablardan ibarət səyyar kitabxana təşkil etmişdir. Səyyar kitabxana xidməti üzrə sərgilənən kitablar bütün məktəb şagirdlərinin marağına səbəb olmuşdur. Belə kitablardan S.S.Axundov “Qorxulu nağıllar”, C.Cabbarlı “Hekayələr” – rus dilində, R.Yusifqızı “Yaşıl gözlü qız”, “Zamanın əsirləri”, “Kompüterin qəribə tarixi”, S.Nuruqızı “Qisas”, Z.Xəlil 6 cilddən ibarət “Seçilmiş əsərləri”, Q.İsabəyli “Leyləyin intiqamı” və s. kitablar oxucuların istifadəsinə verilmişdir.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79