Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Milli Teatr”günü münasibəti ilə 176 vэ 326 saylı məktəbin şagirdləri ilə birlikdə Gənc Tamaşaçılar teatrına ekskursiya təşkil edildi.

13-03-2017 17:06

10 mart 2017 ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının əməkdaşı Xəzər rayonunda yerləşən 326 saylı tam orta məktəbin 7.8.9 -cu, Yasamal rayonu 176 saylı məktəbin 3-cü sinif şagirdləri və kitabxanamızın oxucuları ilə birgə “ Milli Teatr” günü münasibəti ilə Gənc Tamaşaçılar teatrına ekskursiya etdilər. Teatrın  dəhlizində  Elşən  Sərxanoğlunun “ Pərdənin o biri üzü ” adlı fərdi rəsm sərgisi tərtib olunmuşdu. Sərgidə teatrın rəhbəri  Mübariz İbrahimov, rejissor Bəhram Osmanov, Əli Əmirli, Ziyadxan milli teatrın yaranma tarixi və inkişaf yolları ilə bağlı çıxış  etdilər.  Uşaqlar sərgiyə baxdıqdan sonra, teatrın zalında əyləşib, M. F. Axundzadənin “ Sərgüzəşti Vəziri xani Lənkəran” tamaşasına baxdılar.Tamaşa rejissor Bəhram Osmanovun ssenarisi əsasında səhnələşdirilmişdir. Sonda şagirdlər aktyorlarla tanış olmuş və xatirə şəkilləri çəkdirdilər.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79