Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Kitabxanada 2 müsabiqənin mükafatlandırılma mərasimi keçirilib

13-09-2019 22:32

Sentyabrın 13-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Gəlin, birgə oxuyaq” booktrailer müsabiqəsi və “Mən, Yay, Kitablar - Ən yaxın dostlar” adlı rəsm müsabiqəsinin mükafatlandırma tədbiri keçirildi. Tədbirdə, oxucular, valideynlər, kitabxananın əməkdaşları və qonaqlar iştirak edirdi. Tədbirin keçirilməsində əsas məqsəd kitab və mütaliəyə olan marağı artırmaq və istedadlı uşaqları üzə çıxarmaq idi. Tədbirdə, iştirakçı uşaqların oxuduqları kitablar əsasında çəkdikləri rəsm əsərləri, kitablar sərgiləndi və booktrailer müsabiqəsi üçün göndərilən videoçarx təqdim olundu. Müsabiqə iştirakçıları oxuduqları kitablar haqqında çəkdikləri rəsmlər və hazırladıqları video çarxla bağlı fikirlərini söylədilər, yaranmış təəsüratlarına əsasən həmin kitabları öz həmyaşıdlarına tövsiyyə etdilər. Qeyd edək ki, uşaqlarına dəstək olan valideynlər belə tədbirlərin uşaqların dünyagörüşü, maraqlarının formalaşmasına müsbət təsir etməsində, həmçinin kitabxanadan mütəmadi olaraq istifadə etmələrində böyük rolu olduğunu bildirdilər. Sonda, müsabiqə qaliblərinə kitablar hədiyyə olundu.

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79