Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Kitabşünaslıq” ixtisasının III kurs tələbələrinin “Elektron kitabxanalar” fənni üzrə hazırladıqları çarxlı slaydların təqdimatı keçirildi.

08-12-2018 20:10

6 dekabr 2018 ci il tarixində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  F.Köçərli adına Respublika Uşaq  Kitabxanasında təcrübədə olmuş “Kitabşünaslıq” ixtisasının III kurs tələbələrinin “Elektron kitabxanalar” fənni üzrə hazırladıqları çarxlı slaydların təqdimatı keçirildi. Təqdimatda universitetin tələbə və müəllim heyəti, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları və s. kitabxana əməkdaşları iştirak edirdi.  Tələbələr təcrübə keçdikləri F.Köçərli adına Respublika Uşaq kitabxanası, Azərbaycan Milli Kitabxanası və AMEA Mərkəzi Elmi Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası haqqında qısa məlumat verdikdən sonra, kitabxanaların oxuculara göstərdikləri elektron xidmətlərindən söhbət açdılar. Tədbirin sonunda, universitetin Kulturologiya fakültəsinin rəhbərliyi F.Köçərli adına Respublika Uşaq kitabxanasının əməkdaşlarına kitabxanada təcrübə keçmiş tələbələrə göstərdikləri səmimiyyətə və köməkliyə görə öz dərin minnətdarlığını bildirdi.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79