Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Kiçik yaşlı oxucular üçün ədəbiyyat

15-05-2020 12:08

BƏDİİ ƏDƏBİYYAT

 

 

Alçakarlar N. Şip-şirin nağıllar. - Bakı : Qələm Çingizoğlu MMC, 2018. - 150 s. : şək., rəngli il.  

Kitabda uşaqlar üçün bir-birindən maraqlı nağıllar əks etdirilmişdir.

 

Dahilərdən 30 nağıl. - Bakı : Qələm , 2014. - 80 s. : rəngli il. 

Nağıllarının qəhrəmanları heyvanlar olan məhşur yunan yazıçısı Ezopun həyatı haqqında məlumat verən mənbə yox dərəcəsindədir. Günümüzə gəlib çatan məlumatlar isə dəqiq deyil. Rəvayətə görə o Trakyada doğulmuşdur. Ezopun bugünkü Əmirdağ yaxınlığındakı Amorium şəhərində doğulub boya başa çatdığını da rəvayət edirlər. Bir müddət Samos adasında qul kimi yaşamış, azad olduqdan sonra isə çoxlu səyahətlər etmişdir. Delahşye səyahəti zamanı öldürülmüşdür.

 

Don L. Ac qurd : Şimali Amerika nağılı. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 48 s. : rəngli il. - (Təmsillər). 

Şimali Amerika yamaclarında dolaşan balaca qurd acdır, çəmənlikdə otlayan quzu isə dadlı qəlyanaltıya bənzəyir. Lakin balaca, ağıllı quzunun başqa planı var.

 

Don L. Hec vaxt pələngə inanma! : Koreya nağılı. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 48 s. - (Təmsillər). 

Pələngə inanıb yaxşılıq etmək olarmı? Bir nəfər dağ yolu ilə bazara gedir və quyuya düşmüş pələngə rast gəlir. O, pələngə kömək etmək istəyir, ancaq bundan sonra sağ qalacaqmı?

 

Don L. Maşa və ayı : rus nağılı. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 48 s. : rəngli il. - (Təmsillər).

Meşədə asanlıqla yolu azmaq mümkündür. Balaca Maşa Rusiyada böyük bir meşənin yaxınlığında yaşayır. Bir gün onun başı giləmeyvə yığmağa elə qarışır ki, meşənin dərinliklərinə gedib çıxır və yolu itirir. Görəsən, böyük qonur ayı ona kömək edəcək?

 

Don L.Tısbağanın hədiyyəsi : Zambiya nağılı. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 48 s. : rəngli il. - (Təmsillər). 

Qızmar, bürkülü yay günlərində Zambiyada quraqlıq başladı və tezliklə bütün heyvanlar ac - susuz qaldılar. İndi heyvanlar quraqlıq vaxtı onları qidalandıran Əsrarəngiz ağacı oyatmalı idilər. Bəs bu ağacı necə çağırsınlar?

 

Gökduman N.. Nağıl parkı. - Bakı : Qələm , 2014. - 112 s. : şək., rəngli il. 

Uşaqlar üçün nəzərdə tutulmuş bu kitabda bir-birindən maraqlı nağıllar verilmişdir.

 

Gökduman N. A. Qızılgül nağılları - Bakı : Qələm MMC, 2013. - 72 s. : rəngli il., şək. - (10 nağıl). 

Bu kitabda uşaqlar sevimli peyğəmbərimiz haqqında olan kiçik hekayələrlə tanış olacaqlar. "İki çiçək", "Yetim qız", "Hicrət" kimi kiçik hekayələrdə uşaqlara mərhəmətli olmaq , xeyirxahlıq, Allaha, dinə sevgi kimi vərdişlərin aşılanmasına yer verilmişdir.

 

Kutlu N. Şokolad kimi nağıllar 1 : nağıl  - Bakı : Qələm MMC, 2012. - 160 s. : rəngli şək., rəngli il. - (10 nağıl). 

Uşaqlarımızın inanc məfhumu ilə erkən yaşda tanış olması onların yetkin fərdlərə çevrildikdə həyatlarını bu məfhumla zənginləşdirmələri üçün böyük əhəmiyyət daşıyır. Bu seriyada toplanan nağılların qəhrəmanlarının başına gələn macəraların köməyi ilə Allahın adlarınınn mənasını indidən uşaqlarımızın hafizəsinə və ürəyinə həkk etməyə çalışmışıq. 5-7 yaşlı uşaqlara valideynləri tərəfindən oxunması məsləhət görülür. 2-ci və 3-cü sinig şagirdləri isə seriyaya daxil olan kitabları sərbəst şəkildə, zövq alaraq oxuya bilərlər.

 

Kutlu N. Şokolad kimi nağıllar 2 : nağıl. - Bakı : Qələm MMC, 2012. - 160 s. : rəngli şək., rəngli il. - (10 nağıl). 

Uşaqlarımızın inanc məfhumu ilə erkən yaşda tanış olması onların yetkin fərdlərə çevrildikdə həyatlarını bu məfhumla zənginləşdirmələri üçün böyük əhəmiyyət daşıyır. Bu seriyada toplanan nağılların qəhrəmanlarının başına gələn macəraların köməyi ilə Allahın adlarınınn mənasını indidən uşaqlarımızın hafizəsinə və ürəyinə həkk etməyə çalışmışıq. 

 

Rövşən R. Gizlənmişəm, tap məni. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 36 s. : rəngli il. - Bu kitab mənim bir baba kimi həm öz nəvələrimə, həm də bütün balalarımıza hədiyyəmdir.

Bu kitabda Ramiz Rövşənin uşaqlar üçün yazdığı şeir toplusu əks olunmuşdur.

 

Yağsayan B. 365 nağıl. - Bakı : Qələm Çingizoğlu, 2015. - 220 s. : rəngli şək., rəngli il. ; . - (Hər günə bir nağıl). 

Balaca dostlarımız üçün nəzərdə tutulmuş bu kitabda 365 sayda nağıl təqdim olunmuşdur. Bu nağıllarda balaca dostlarımız üçün ibratəmiz əməllər, nümunələr, tərbiyəvi hekayələr əks olunmuşdur. Eyni zamanda kitabda rəngli şəkillərdən istifadə olunmuşdur ki, bu balacalıarın diqqətin daha çox çəkəcək və hekayələri oxuduqları zaman söhbətin nədən getdiyini daha yaxşı mənimsəyəcəklər.

 

101 şeir. - Bakı : Qələm MMC, 2007. - 112 s. 

Kitaba bağçada və məktəbdə uşaqlara öyrətmək üçün Abdulla Şaiqin, Abbas Səhhətin, Mirvarid Dilbazinin, tofiq Mütəllibovun və başqalarının şeirləri daxil edilmişdir.

 

ELMİ-KÜTLƏVİ ƏDƏBİYYAT

 

 

Böyükkeçəçi S. Məktəblilər üçün 99 məntiq. - Bakı : Qələm , 2019. - 15 s. : rəngli il. 

Sərlövhəyə uyğun olaraq kitabda 99 məntiqi şalışma verilmişdir.

 

Eyyubov P. Əyləncəli riyaziyyat. - Bakı : Qələm MMC, 2012. - 88 s. : rəngli şək. 

Kitabda kiçik məktəbyaşlı uşaqlar üçün çalışma və tapşırıqlar öz əksini tapır. 

 

Eyyubov P. 333 məntiq : Məktəbə hazırlıq. - Bakı : Qələm MMC, 2012. - 84 s. : rəngli şək. 

Kitabda uşaqlar üçün bir sıra əyləncəli çalışma və tapşırıqlar öz əksinin tapır. 

Eyyubov P. 111 məntiq : Məktəbə hazırlıq. - Bakı : Qələm, 2014. - 15 s. : rəngli şək., rəngli il.  

Bu kitabda uşaqlar üçün rəngli şəkillərlə maraqlı hesablamalar, məntiqlər verilmişdir.

 

Hərəkətli məntiq : Məktəbə hazırlıq. - Bakı : Qələm, 2019. - 64 s. : rəngli il., il. 

Bu kitabda uşaqlar üçün məntiqlərini inkişaf etdirəcək testlər verilib.

 

Publishing C. 180 məntiq : Məktəbə hazırlıq. - Bakı : Qələm , 2019. - 128 s. : rəngli il., il., sxem.

Bu kitabda uşaqların məntiqini gücləndirəcək maraqlı və əyləncəli testlər verilmişdir.

 

Robson K. 5 dəqiqə məntiq : Avropa məktəblərində test edilib. - Bakı : Qələm Çingizoğlu MMC, 2014. - 64 s. : rəngli il., il. 

Kitabda uşaqlar üçün məntiqlərini gücləndirəcək maarifləndirici, maraqlı testlər verilmişdir.

 

Sudoku. Məntiq və motorika : Məktəbəqədər yaşlı uşaqlar üçün məntiqi təfəkkürü və motorikanı inkişaf etdirən əyləncəli vəsait. - Bakı : Altun Kitab, 2015. - 40 s. : rəngli il. 

Bu kitabda uşaqlar üçün əyləncəli, məntiqi testlər verilmişdir.

 

Uşaqların zəkası : 23 dram oyunu: 180 test. - Bakı : Qələm MMC, 2019. - 96 s. : rəngli il., il.  - (Məktəbə hazırlıq). 

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79