Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Kaspi” liseyinin şagirdləri kitabxanada ekskursiyada oldular

04-10-2019 22:20

Oktyabrın 04-də, “Kaspi” liseyinin Bakıxanov filialının 4-cü sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Məktəblilər nağıl otağında Azərbaycan nağıllarını dinlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Kiçik oxu zalında məktəbin müəllim və şagird kollektivi danışan, səsli, gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablarla, disklər, pazllar və s. tanış oldular. Əməkdaşlar, kitabxana ilə bağlı uşaqlara maraqlı olan bütün sualları cavablandırdılar. 

 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79