Kaspi liseyinin 4-cü sinif şagirdləri kitabxanamıza ekskursiya etdilər
30 oktyabr 2018-ci il tarixində, Kaspi liseyinin 4- cü sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, Kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Məktəblilər nağıl otağında Azərbaycan nağıllarını dinlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Kiçik oxu zalında məktəbin müəllim və şagird kollektivi danışan, səsli, gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablarla, disklər, pazllar və s. tanış oldular. Sonra, şagirdlər oxu zalında kitabın insan həyatındakı əhəmiyyətini vurğulayan videoçarx izlədilər. Əməkdaşlar, kitabxana ilə bağlı uşaqlara maraqlı olan bütün sualları cavablandırdılar. Kitabxanadan böyük sevinclə ayrılan məktəblilər, oxucuların rəy və təkliflər kitabına öz fikirlərini qeyd etdilər.




.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)



