Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Kaspi liseyinin 1-ci sinif şagirdləri kitabxanaya ekskursiya etdilər

06-02-2020 14:07

Fevralın 5-də Kaspi liseyinin 1-ci sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq kitabxanasına ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdilər. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə yaxından tanış oldular. Sonra Nağıl otağında uşaqlara nağıl saatı keçirildi. Məktəblilər Azərbaycan nağıllarını dinlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Uşaqlar danışan, səsli, gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablarla, disklər, pazllar və s. tanış oldular. Kitabxana ekskursiyaya gələn hər bir uşağın marağına səbəb oldu.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79