F.Köçərli adına Respublika Uşaq Kitabxanası 03 iyul 2012-ci il tarixində
“Yada düşdü” jurnalının müzakirəsini keçirdi. Tədbirin keçirilməsində əsas məqsəd oxucularla
mütəmadi işləyən kitabxanaçıların jurnal haqqında rəy və təkliflərini öyrənmək, jurnalın gələcək
nəşrlərinin təkmilləşdirilməsinə kömək və abunə olmaqdır. Tədbirdə jurnalın təsisçisi Nəzakət
Məmmədova, baş redaktoru Nahid Hacızadə, baş redaktor müavini Zülfüqar Şahsevənli, redaksiya
heyətindən Salatın Əhmədova, Oqtay Rza və digər yazıçı və şairlər iştirak edirdi. Tədbiri giriş
sözü ilə kitabxananın direktoru Fizurə Quliyeva açaraq Azərbaycanın söz dünyasına qədəm qoyan yeni
bir ədəbi-bədii, nostalji jurnalın əhəmiyyətindən danışdı. Kitabxananın gənc kadrları- Xəlilova
Xəyalə, Məmmədova Günay, Baxşıyeva Günay, Osmanlı Mətanət, Qəhrəmanova Əzəmət və Seyidli Fatma
jurnal haqqında öz fikirlərini, təkliflərini söylədilər. Çıxış edənlər bildirdilər ki, jurnalın
adından da göründüyü kimi, burada daha çox yada düşənlər, yaddaşlarda yaşananlar söz-söz,
misra-misra oxuculara çatdırılır. Təbii ki, elə ilk nömrəsindən həm təsisçinin, həm baş redaktorun
oxuculara ünvanlanan xeyir-duasından bəlli olur ki, jurnal qarşısına yalnız bir məqsəd qoyub. O da
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, elminin dəyər