Aprelin 15-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Milli Kulinariya Mərkəzinin
baş direktoru, Azərbaycan Milli Kulinariya Assosasiyasının prezidenti Tahir Əmiraslanov ilə
görüş keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru F.Quliyeva açaraq Tahir
Əmiraslanov haqqında qısa məlumat verdi, onun kitabxanamıza hədiyyə etdiyi “Mətbəx dastanı”
və “Novruz süfrəsi” kitablarının təqdimatının keçiriləcəyindən, tədbirin əhəmiyyətindən
danışdı. Kitabxana işçiləri müxtəlif bölgələri təmsil edərək hazırladıqları unudulmuş
Azərbaycan milli şirniyyatlarını qonaqlara təqdim etməklə yanaşı, bişirilmə qaydası,
hansı mərasimlərdə istifadə olunması haqqında da məlumat verdilər. Bütün bunlar qonaqlarda
böyük maraq doğurdu, onları təəccübləndirdi. Tədbirdə kitabxananın direktor müavini Zahirə
Dadaşovanın hazırladığı “Azərbaycan mətbəxini sevdirən insan” adlı çarxlı slaydlar nümayiş
etdirildi. Tahir Əmiraslanovun həyat və fəaliyyətini, ölkə və beynəlxalq miqyaslı
tədbirlərdə iştirakı və qazandığı nailiyyətləri, Azərbaycan mətbəxinə dair maraqlı
məlumatları əhatə edən slaydlar maraqla izlənildi. Tədbirin keçirilməsində əsas məqsəd
kitabxana işçilərinin diqqətini milli mətbəximizlə bağlı dünyada baş verən yeniliklər və
məlumatlara, faktlara yönəltməklə milii mətbəximiz haqqında daha da geni