14 mart 2012-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Yasamal rayonu 53 saylı
orta məktəblə birlikdə “Teatr-Problem-Tamaşa” mövzusunda Əli Əmirlinin “Mən səni sevirəm”
tamaşasının müzakirəsini keçirdi. Tədbirdə müəllif, rejissor və teatr truppası iştirak
edirdi. Məktəbin direktoru Firəngiz müəllimə tədbiri açaraq tamaşa haqqında məlumat verdi
və qonaqları təqdim etdi. Qonaqlar-tamaşanın müəllifi, yazıçı-dramaturq Əli Əmirli, rejissor
xalq artisti Cənnət Səlimova, aktrisa Leyli Vəliyeva, əməkdar artist Nübar Novruzova,
Almaz Mustafayeva, Mehriban Hüseynova, Gülər Nəbiyeva, Roza İbadova, Asya Atakişiyeva və
başqaları.
<Tədbirin şəkilləri
Əli Əmirlinin ölkə teatrlarında tamaşaya qoyulan pyeslərini müasir teatrın uğurları kimi
dəyərləndirmək olar. Əli Əmirli şagirdlərin teatr, ədəbiyyat, sənət haqqındakı çoxsaylı
suallarını cavablandırdı, yaradıcılığı haqqında ətraflı məlumat verdi. Müzakirə olunan əsər
ilk dəfə 1990-cı ildə “Ərizə” adı ilə səhnələşdirilmiş, sonra isə bəzi dəyişikliklər
edilərək “Mən səni sevirəm” adı ilə 2011-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrında səhnəyə
qoyulmuşdur. Tamaşanın rejissoru Cənnət xanım, Sabah rolunun ifaçısı Leyli xanım, Zümrüd
rolunun ifaçısı Almaz xanım da teatrla bağlı öz fikirlərini söylədilər.
Şagirdlər tamaşadan bir parçanı təqdim etdilər. Bu qonaqların çox xoşuna gəldi. 7-ci sinif
şagirdi “Mənim ilk müəllimim” şeirini söylədi. Şagirdlər qonaqlara çoxlu suallar
ünvanladılar (“Şair və yazıçılar əsər yazarkən öz həyatlarını qələmə alırlar. Siz də belə
etmisinizmi?”, “Siz öz sinif rəhbərinizin adını xatırlayırsınızmı? ”, “Ən çox sevdiyiniz
müəlliminizə bənzəməyə çalışmısınızmı?”, “Sevdiyiniz qızın anası rəqqasə olsaydı onunla
evlənərdinizmi?” və s.)
Tədbirin sonunda kitabxananın şöbə müdürü Nazilə xanım qonaqlara , məktəbin şagird və
müəllim kollektivinə öz minnətdarlığını bildirdi, kitabxananın nəşr etdiyi “Göy qurşağı”
jurnalının son nüsxələrini hədiyyə etdi.
Bütün xəbərlər