Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim Uşaq Kitabxanasının qonağı oldu

24-11-2019 18:47

Noyabrın 22-də, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim, Fondun mətbuat katibi Eldar Kərimov və “İpək yolu” nəşriyyatının direktor müavini Abbas Qurbanov F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qonağı oldular. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qonaqları kitabxana ilə tanış edib, onlara kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verdi. Qonaqlar, kitabxananın qızıl fondunda olan kitabların olduqca dəyərli olduğunu və kitablara yeni nəfəs verərək oxucuların ixtiyarına vermək istiqamətində yeni layihələrdə birgə əməkdaşlıq etməyə həvəsli olduqlarını bildirdilər. Kitabxanada oxucular üçün hər şəraitin yaradılmasına və onların mütaliəyə cəlb edərək savadlanması baxımından kitab və kitabxanaların əvəzsiz rolu vurğulandı. Sonda, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecimə kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79