Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

Frankfurt Beynəlxalq Kitab Sərgisi

18-10-2017 09:38

2017-ci ilin 11-15 oktyabr tarixində Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab sərgisi keçirilmişdir. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından ibarət heyət iştirak etmişdir. Sərgilənən sərgiyə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası  da uşaq ədəbiyyatı ilə öz töhfəsini vermişdir.F.Köçərli adına Respublika Uşaq Kitabxanası sərgi zamanı  müxtəlif ölkələrin uşaq kitabxanaları ilə əlaqələr saxlamış və öz təssüratlarını bölüşmüşdür. 14 oktyabr tarixində İBBY(Beynəlxalq Uşaq Kitabı Şurasının) heyəti Azərbaycan sərgisini ziyarət etmiş və uşaq ədəbiyyatını çox maraqla qarşılamışdır. Ziyarətçilər arasında İBBY(Beynəlxalq Uşaq Kitabı Şurasının) icraçı direktoru Elizabet Page də  Azərbaycan  pavilyonunda olmuş və Azərbaycan ədəbiyyatı ilə xüsusilədə uşaq ədəbiyyatı ilə yaxından tanış olmuşdur.Sonda  Elizabet Page öz təssüratlarını KİV nümayəndələri ilə paylaşmışdır.

 

  




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79