Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda video-çarx təqdim etdi

04-11-2020 15:56

Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətənpərvərlik vətənə məhəbbət, əcdadların ənənələrinə hörmət deməkdir.

Respublika Uşaq Kitabxanasının kollektivi Azərbaycan ordusunun şanlı tarix yazdığı bu günlərdə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyir. Elə bu məqsədlə kitabxananın əməkdaşları vətənpərvərlik mövzusunda video-çarx təqdim etdi.

Video-çarxda kitabxana əməkdaşlarının ifasında Azərbaycanın görkəmli ziyalılarına məxsus  fikir və sitatlar səsləndirildi.

Qeyd edək ki, video - çarx kitabxananın “Facebook”, “İnstagram”, “Twitter” sosial şəbəkələri, “YouTube” və kitabxananın internet ünvanı vasitəsilə təqdim edilir.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79