Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanmış “Xanımana Əlibəyli – Elektron Məlumat Baza”sının onlayn təqdimatı

22-04-2020 15:17

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Xanımana Əlibəyli” elektron məlumat bazası virtual oxuculara təqdim olundu. Baza “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası çərçivəsində Azərbaycan uşaq ədəbiyyatının əvəzolunmaz simalarından biri olan Xanımana Əlibəylinin anadan olmasının 100 illiyi münasibətilə yaradıcılığını tam və küll halında işıqlandırmaq məqsədi ilə tərtib olunub. 10 bölmədən ibarət olan  “Xanımana Əlibəyli”  elektron məlumat bazasında  “Xanımana Əlibəylinin həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər şairə haqqında”, “Əsərləri”, “Haqqında”, “Tərcümələri”, “Sözlərinə yazılmış mahnılar”, “Xanımana Əlibəyliyə həsr olunmuş şeirlər”, “Mükafatları”, “Fotoqalereya” kimi bölmələri yer almışdır. Bazaya şairin həyat və yaradıcılığını (1936-2018) əhatə edən 551 adda material daxil edilmişdir. “Əsərləri” bölməsində kitablar, məqalələr Azərbaycan, rus və digər dillərdə olmaqla tammətnli  daxil edilmişdir.  Ədəbi tənqidi publisistik məqalələr, kitablar, dərsliklər, dövri mətbuat və məcmuələrdə dərc olunan əsərləri Azərbaycan dilində verilmişdir. “Haqqında” bölməsi 3 hissəni - kitablar, məqalələr, avtoreferat və dissertasiyaların biblioqrafik təsvirini özündə əks etdirir. “Fotoqalereya” bölməsində ədibin şəxsi həyatını əks etdirən fotolarla yanaşı, kitablarının foto sərgisi də verilmişdir. 

Buradan tanış ola bilərsiniz http://clb.az/elektron/XanimanaElibeyli/index.html




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79