Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası növbəti metodik vəsaiti oxuculara təqdim edir

01-02-2021 23:08

Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi  Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 210, Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filiallarının, metodistlərin istifadəsi üçün nəzərdə tutlan növbəti metodik vəsaiti oxucuların ixtiyarına verdi.

Vəsaitin I hissəsi “Mübariz ruhlu Aşıq Hüseyn Şəmkirli” adlanır. Oxucular I hissədə Aşıq Hüseyn Şəmkirlinin həyat və yaradıcılığı haqqında məlumatlandırılır. Vəsaitin II hissəsi isə “Ələsgərəm, hər elmidən halıyam...” adlanır. Göstəricidə Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs olunur və istifadəcilirə kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi - bədii gecə və digər tədbirlərin keçirilməsi üçün tövsiyyələr verilir.

Oxucular link vasitəsi ilə vəsaitdən yararlana bilərlər.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79