Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihəyənin növbəti mövzusunu təqdim etdi

02-09-2020 16:22

F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihəyənin budəfəki mövzusu uşaq ədəbiyyatımızın “xanım anası” yazıçı, şairə Xanımana Əlibəylinin 100 illiyinə həsr edildi.

Layihənin əsas məqsədi  oxucuları sevilən şair və yazıçıların həyat və yaradıcılıqları ilə sosial şəbəkələr vasitəsi ilə yaxından tanış etməkdir.

Uşaqların nağıl qəhramanlarını tanıması və teatrlarda canlı izləməsi onların təfəkkürünün inkişafında, tərbiyəvi əhəmiyyəti və dünyagörüşlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Çünki uşaqlar bir anlıq belə olsa özlərini nağıl qəhrəmanlarının yerinə qoyurlar. Səhnədə personajlarla birgə həyəcan keçirərək, uşaqlar rolları onlarla birgə yaşayır və həyati vəziyyətlər onların şüurunda həkk olunur.  

 Mövzu çərçivəsində kitabxananın əməkdaşları Xanımana Əlibəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər. Yazıçının “Dovşanın ad günü“ pyesindən kiçik bir səhnəni oxuculara təqdim etdilər. Bu səhnəcikdə pyesdən dovşan və onun dostları - kirpi, quzu və tülkü personajları canlandırılaraq nümayiş olundu.

Qeyd edək ki, layihə kitabxananın (Facebook, İnstaqram, Twitter sosial şəbəkələri, Youtube və kitabxananın internet ünvanı) vasitəsi ilə təqdim edilir. 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79