Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Ey dan ulduzu...” adlı monoloq müsabiqəsinin 1-ci turu keçirildi

15-03-2019 17:33

Martın 15-də, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında böyük ədib, dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar “Ey dan ulduzu...” adlı monoloq müsabiqəsinin 1-ci turu keçirildi. Müsabiqəyə Bakı şəhəri məktəbliləri ilə yanaşı, bölgə məktəbliləri də daxil olmaqla 40- dan çox uşaq qatılmışdı. Müsabiqə iştirakçıları böyük dramaturq C.Cabbarlının yaradıcılığını əhatə etməklə, yadda qalan obrazları canlandıraraq monoloqla çıxış etdilər. Qeyd edək ki,  20 məktəbli 2- ci turda iştirak etmək hüququ qazandı. Müsabiqənin 2- ci turu, aprel ayının 15-də keçiriləcək.




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79