Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

`Evdə qal, intellektdən qalma` ailəvi viktorinanın qalibi məlum oldu

30-04-2020 14:00

Vəlizadələr ailəsi  “Birlikdə düşünək, birlikdə tapaq” devizi ilə keçirdiyimiz "Evdə qal, intellektdən qalma" ailəvi viktorinanın suallarına ən çox düzgün cavab verərək qalib oldular. Qalib ailə üçün nəzərdə tutulmuş kitablar ailəyə təqdim edilib.

 

Sualların düzgün cavabı:

 

1. Gizli səs, gizli danışıq, gizli pıçıltı və ilham deməkdir

2. Günəş, 9 planet və onların peykləri və milyonlarla asteroid və komet

3. Yantsızı

4. İngiltərə, İslandiya, İrlandiya, Malta

5. Cənubi Amerikada Amazon çayı

6. Braziliyada

7. Şumerlər

8. 473 və 547-ci illərdə iki nadir kitabxana Nişapurda və Bəsrdə olmuşdur

9. Papirus

10. XV əsrdə Çində

11. Sokrat

12. Dehli üstündə hökmranlıq uğrunda mübarizə aparan iki düşmən-Kauravam və Pandavam tayfaları arasında gedən mübarizədən

13. Qladiator

14. Əlişir Nəvai

15. Vasko da Qama

16. Qrenlandiya adası

17. Tomris

18. 2015

19. Multikulturalizm ili

20. Qobustanda-Qavaldaşı

21. Füzulidə Azıx mağarası

22. F.Köçərli

23. M.Cəlal “Bir gəncin manifesti”

24. Uşağı buyur, dalınca yüyür

25. Keçmiş zamanda

26. Şifahi xalq ədəbiyyatı

27. 20-21 mart

28. Latın dili

29. Yaponiyada-Xonsyu və Sikoku adalarını birləşdirən asma körpü

30. Qaf dağı

***

30.04.2020

 

Hörmətli oxucular!

Elan etdiyimiz “Birlikdə düşünək, birlikdə tapaq” devizi ilə keçirdiyimiz "Evdə qal, intellektdən qalma" ailəvi viktorinanın suallarını təqdim edirik. Sualların cavablandırılması üçün 30 dəqiqə vaxtınız var. Cavabları saat 14.30-a kimi info@clb.az, ushaqkitabxanasi@gmail.com, childlibbaku@yahoo.com ünvanlarına göndərməlisiniz. Cavabları ən tez göndərən ailə qalib elan ediləcək və sosial şəbəkələrdəki hesablarımız vasitəsi ilə elan olunacaq.

 

1. “Vəhy” sözünün ərəbcə mənası nədir? 

2. Günəş sistemi dedikdə nə nəzərdə tutulur? 

3. Asiya qitəsində ən böyük çay hansıdır? 

4. Avropa qitəsində adalarda məskunlaşan dövlətlər hansılardır? 

5. O hansı çaydır ki, 500 qolu var?

6. Yaşıl cəhənnəm haradadır? 

7. Ən qədim mixi yazılar kimlər tərəfindən icad edilmişdir? 

8. Müsəlman şərqində ilk kitabxanalar harada olmuşdur? 

9. Qədim misirlilər öz yazı mətnlərini nə üzərində yazırdılar? 

10. Dünyada ən böyük ensiklopediya harada, nə vaxt hazırlanmışdır? 

11. Heç bir əsəri qalmayan dünya şöhrətli filosof kim olub? 

12. Qədim hind eposu “Mahabharata” nədən bəs edir? 

13. Qədim Romada amfiteatr səhnələrində bir-biri ilə və ya heyvanlarla silahlı döyüş üçün xüsusi təlim keçmiş qullar, hərbi əsrlər, məhkum edilmiş cinayətkarlar və b. şəxslər necə adlandırılırdı? 

14. Türkdilli xalqların ədəbiyyatında ana dilində ilk “Xəmsə”ni kim yazmışdır? 

15. Hindistana gedən dəniz yolunu kim kəşf etmişdir? 

16. Yer kürəsində ən böyük ada hansıdır? 

17. Azərbaycanın ilk qadın hökmdarı kim olub? 

18. I Avropa Oyunları Azərbaycanda neçənci ildə keçirildi? 

19. 2016-cı il Azərbaycanda nə ili elan olundu? 

20. İlk musiqi alətimiz harada yaranmışdır? 

21. Əsirlikdə qalan Azərbaycan mağarası hansıdır? 

22. İlk Uşaq Folkloru Antalogiyasının banisi kimdir? 

23. “İtə ataram, yada satmaram!” hansı povestdən parçadır? 

24. C.Məmmədquluzadənin “Buz” hekayəsinə uyğun atalar sözü deyin. 

25. Nağıllardakı hadisələr hansı zamanda baş verir? 

26. Nağıl, yanıltmac, atalar sözü ədəbiyyatda necə adlanır? 

27. Gecə və gündüzün bərabərləşdiyi gün hansıdır? 

28. Ölü dil hesab edilən hansı qədim dildir ki, sözləri termin kimi təbabətdə istifadə olunur? 

29. Dünyada ən uzun körpü harada tikilib? 

30. Əfsanəvi Simurq quşunun yaşadığı dağ hansıdır?




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79