Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

`Evdə qal, intellektdən qalma` ailəvi onlayn viktorinasının qalibi məlum oldu

22-04-2020 11:32

Viktorinamızın qalibi olan ailə

***

20.04.2014

"Evdə qal, intellektdən qalma" ailəvi viktorinanın qalibi artıq məlumdur. Məmmədova Pərvin (valideyn), Məmmədov Mərdan, Məmmədov Əşrəf (övladlar) 50 sualdan 41-nə düzgün cavab verərək qalib olublar. Oxucumuzun təqdim etdiyi cavabların ekran görüntüsünü və düzgün cavabları təqdim edirik.

 

 

1. Qabriel Qarsia Markes

2. “Anamın kitabı”

3. Xaqani Şirvani

4. Ağca və Cubbulu

5. İsmayıl Şıxlı

6. Mirvarid Dilbazi

7. Leyləyin intiqamı

8. “Hekayəti-xırs quldurbasan”

9. Mehdi Hüseyn

10. “Sirus və Virus”

11. Samir

12. İtqapan

13. Kapitan Nemo

14. Rəsul Rza

15. Osman Sarıvəlli

16. Reyhan Yusifqızı

17. İlyas Əfəndiyev

18. Soğan qabığından

19. Zahid Xəlil

20. Lemi

21. “İlmənin macəraları”

22. Mir Cəlal Paşayev

23. Abbasqulu ağa Bakıxanov

24. G.Troyepolskiy

25. H.X.Anderson

26. Böyük Britaniya ilə Zanzibar arasında 40 dəqiqə 1896-cı il 27 avqust

27. “Caz müğənnisi” 1927-ci il

28. Mariya Sklodovskaya Kyuri (1867-1934)

29. Lippersqey 1608-ci il

30. Şumerlər

31. Sevgi

32. Siqma

33. Qərinə

34. Təkrar biliyin anasıdır.

35. Dəniz ulduzları

36. Venera

37. Birhüceyrəli mikro orqanizmlər qrupu

38. 1898-ci ildə

39. 1878-ci ildə fransız cərrahı Ş.Sediyo

40. Xromosomlar

41. Beş litr

42. Sol beyin

43. Bitkilərlə müalicə

44. Göy balina

45.Yuventus

46. Balet ayaqqabıları

47. Leonardo da Vinçi

48. Xəritədə

49. Delta

50. FİDE

 

 

***

 

Hörmətli oxucular!

Elan etdiyimiz “Birlikdə düşünək, birlikdə tapaq” devizi ilə keçirdiyimiz "Evdə qal, intellektdən qalma" ailəvi viktorinanın suallarını təqdim edirik. Sualların cavablandırılması üçün 1 saat vaxtınız var. Cavabları saat 15.00-a kimi info@clb.az, ushaqkitabxanasi@gmail.com, childlibbaku@yahoo.com ünvanlarına göndərməlisiniz. Cavabları ən tez göndərən ailə qalib elan ediləcək və sosial şəbəkələrdəki hesablarımız vasitəsi ilə elan olunacaq.

 

1. “Vəba günlərində eşq” kitabının müəllifi kimdir?

2. Cəlil Məmmədquluzadənin hansı əsəri milli şüur problemlərindən bəhs edir?

3. Ədəbiyyatımızda poemanın ilk nümunəsi sayılan "Töhfətul-İraqeyn" əsəri kimə məxsusdur?

4. Sevinc Nuruqızının balaca qız, gəlincik və göyərçinin dostluğundan bəhs edən əsəri necə adlanır?

5. 1957-ci ildə yazılmış “Ayrılan yollar” romanının müəllifi kimdir?

6. Azərbaycanın ilk qadın Xalq Şairi kimdir?  

7. Qəşəm İsabəylinin hansı kitabı “Qızıl kəlmə” mükafatına layiq görülmüşdür?

8. Mirzə Fətəli Axundovun hansı əsərində sandıqdan ayı və meymun çıxmışdı?

9. “Qara daşlar” əsərinin müəllifi kimdir?

10. Uşaq yazıçısı Gülzar İbrahimovanın virusdan bəhs edən əsəri necə adlanır?

11. Seinc Nuruqızının “Qisas” povestində baş qəhrəmanın adı?

12. Novruzəli hansı kəndin sakini idi?

13. Hansı ədəbi qəhrəmanın adı latın dilindən tərcümədə “heç kim” kimi tərcümə olunur?

14. 1927-ci ildə “Qığılcım” qəzetində dərc edilmiş “Bu gün” şeiri hansı şairə məxsusdur?

15. “Hər kim yüz il yaşamasa, günah onun özündədir” sözləri hansı şairindir?

16. “Riyaziyyat da əyləncəli ola bilərmiş” kitabının müəllifi kimdir?

17. “Atayevlər ailəsi” pyesinin müəllifi kimdir?

18. Tıq-Tıq xanımın ləçəyi nədən idi?

19. “Ballıca” kitabının müəllifi kimdir?

20. Reyhan Yusifqızının əsərində yad planetdən gələn qızın adı nədir?

21. Solmaz Amanovanın hansı əsəri “Qızıl Kəlmə” mükafatına layiq görülüb?

22. “İki rəssam” əsərinin müəllifi kimdir?

23. “Qüdsi” təxəllüsü ilə yazan rus ordusunun polkovniki kimdir?

24. “Qaraqulaq Ağ Bim” povestinin müəllifi kimdir?

25. “Qar Kraliçası” nağılının müəllifi kimdir?

26. Dünyada ən qısa müharibə hansıdır?

27. İlk səsli film necə adlanır?

28. İlk Nobel mükafatı alan alim qadın kimdir?

29. Teleskopu icad edən kimdir?

30. İlk əlifbanı icad edənlər?

31. Yunan dilində “fil” sözü hansı mənanı verir?

32. Hansı yunan hərfi riyaziyyatda cəmi bildirir?

33. Adı ərəb dilindən əsr kimi tərcümə olunan 33 ilə bərabər zaman ölçüsü necə adlanır?

34. “Repiticum is mater studorium” ifadəsi dilimizə necə tərcümə olunur?

35. Hansı ulduzların əksəriyyəti yırtıcı həyat tərzi keçirir?

36. Hansı planeti orta əsrlərdə “Səhər ulduzu” və “Axşam ulduzu” adlandırırdılar?

37. Bakteriya nədir?

38. Virus termini neçənci ildən işlənib?

39. “Mikrob” termini kim tərəfindən və neçənci ildə deyilmişdir?

40. İrsi informasiya daşıyıcıları hüceyrələri hansılardır?

41. Böyüklərin bədənində neçə litr qan olur?

42.  Nitq mərkəzi insan beyninin hansı yarımkürəsində yerləşir?

43. Fitoterapiya nədir?

44. Məməlilər içərisində ən nəhəngi hansıdır?

45. Hansı futbol klubunu bəzən “qoca sinyora” adlandırırlar?

46. Puant nədir?

47. Velosipedin kim ixtira edib?

48. Susuz çaylar harada axır?

49. Çayın dənizə töküldüyü yerdə əmələ gətirdiyi qollar sistemi necə adlanır?

50. Hansı idman federasiyasının devizi “biz bir ailəyik” adlanır? 




Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79