2016-cı il Şəki şəhəri "Türk dünyasının

mədəniyyət paytaxtı" elan olunub.

Azərbaycanın mədəni zənginliyinin dünyada daha da geniş şəkildə tanıdılması, bu tarixi mirasın qorunaraq gələcək nəsillərə çatdırılması dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin 2012- ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasiyasında bu sahəyə xüsusi yer ayrılır. Ölkə rəhbərinin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının  fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014- 2020- ci illər üzrə Dövlət Proqramı” da məhz mədəni irsə qayğının göstəricisidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalq sənətkarlığının inkişaf etdirilməsi, muğam səhəsində yeni istedadların üzə çıxarılması, folklor yaradıcılığının təbliğı və mədəni irsin müxtəlif sahələrində həyata keçirilən lahiyələr çox grniş məkanda rezonans doğurmaqdadır.

26 noyabr Azərbaycan kəlağayısı Günü bütün dünyada beynəlxalq səviyyədə qeyd olunur. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin keçirilən iclasında - Kəlağayı simvolizmi və ənənəvi sənəti‖ adı ilə UNESCO-nun - Bəşəriyyətin qeyri - maddi mədəni irs üzrə reprezentativ siyahısı‖na daxil edilmişdir. Kəlağayı faylını birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi hazırayıb. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında Daimi Nümayən dəliyi, UNESCO üzrə Milli Komissiyanın birgə həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş olub. Hazırda Kəlağayıdan başqa Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

 

“Mədəniyyət  paytaxtları” proqramının davamlı şəkildə həyata keçirilməsi nəticəsində heç bir qədim rayon və şəhər diqqətdən kənarda qalmır. Dövlətimizin mədəniyyət siyasətinin inkişafına təkan verən “Mədəniyyət paytaxtları” lahiyəsi maraqla izlənilir. Xalqın tarixini, folklorunu, mətbəx mədəniyyətini təşviq edən bu cür lahiyələrin həyatə keçirilməsi ilk növbədə, milli- mənəvi sərvətlətin daha da güniş auditoriya və məkanlarda təbliği deməkdir. Bu isə dövlət siyasətinin prioritetlərindəndir.

TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının ötən ay Türkmənistanın Marı şəhərində keçirilən 33-cü toplantısında Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

Dekabrın 21-də bu münasibətlə TÜRKSOY-un baş katibi Düsen Kaseinovun iştirakı ilə Şəki şəhərindəki “Şəki Palas” hotelində mətbuat konfransı keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarov, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbiri açaraq Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmə sinin heç də təsadüfi olmadığını bildirib. Vurğulanıb ki, nadir tarixi-memarlıq abidələri, zəngin sənətkarlıq irsi ilə tanınan Şəki bu gün həm də Azərbaycanda ən inkişaf etmiş bölgələrdən biridir. Əsrlər boyu bu qədim və gözəl şəhər Böyük İpək Yolu üzərində mühüm sənət və ticarət mərkəzi olub. Hazırda Şəki orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzərsiz məkandır. Son illər burada keçirilən beynəlxalq festivallar, tədbirlər xalqımıza xas olan zəngin tarixi-mədəni irsi təbliğ etməyə, bölgənin turizm imkanlarını genişləndirməyə imkan yaradır.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun  prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun təşkilatın ümumdünya mədəni irs siyahısına daxil edilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Aprelin 28-də Şəki şəhərində “Yuxarı Baş”Dövlət Tarix- Memarlıq Qoruğunun ərazisində, XIII əsrə aid “Qala divarları”nın içərisində “Türk dünyasının mədəniyyət paytaxtı- Şəki 2016” ilinin təntənəli açılış mərasimi olub.

Mərasimdə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Qazaxıstanın tanınmış yazıçısı Oljas Süleymanov, beynəlxalq təşkilatlardan, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, həmçinin Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, görkəmli elm və incəsənət xadimləri və digər qonaqlar  iştirak ediblər.

 

 

 

<< Geri