Şəki təkcə
tarixinin zənginliyinə, görkəmli ziyalılar- elm, incəsənət,
ədəbiyyat xadimləri yetişdirdiyinə görə deyil, həm də bütün
dövrlərdə ölkənin ictimai- siyasi həystında özünəməxsus
mövqeyi olduğuna görə bizim üçün əzizdir.
***
Şəki rayonunda yaxşı mühit var, insanlar müstəqil dövlətdə
yaşamaq imkanlarını çox yüksək qiymətlən dirirlər.
Bu gün
Azərbaycanda yaratdığımız ictimai- siyasi sabitliyi
qiymətləndirə bilirlər.
Heydər
Əliyev
Ümümmilli lider
Şəkidə olarkən görürəm ki, burada quruculuq, abadlıq işləri
çox yaxşı gedir.Binalar təmir olunur, yeniləri tikilir.
Azərbaycan memerlığının ən gözəl nümunələrindən biri ilan
Xan sarayı təmir edilibdir...Şəki
çox gözəl şəhərdir, qədim şəhərdir.
Əlbəttə, biz calışmalıyıq
ki, bu şəhəri həmişə belə abad vəziyyətdə saxlayaq.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Şəkili qızın danışığından bir kəlmə söz dovğaya düşsə, dovğa
şipşinin olar.
Bəxtiyar Vahabzadə
Xalq
şairi
Mələklər yaşayır dağlar qoynunda,
Cənnət mələklərin qoynunda olur.
Fikrət Qoca
Xalq
şairi
Əgər Azərbaycana dünyaya bir tikili, bina göstərin
desəydilər, Şəki Xan sarayını göstərmək kifayət edərdi.
Nazim Hikmət
Böyük
türk şairi
Orada cürbəcür xalılar, silahlar, yəhərlər, patronlar,
üstündə yazı olan şəkillər, balınclar, süfrələr, papaqlar,
çərkəzi çuxalar,dağlı səndəllərindən tutmuş gürcü uzunboğaz
tumaş çəkmələrinə qədər hər cür başmaqlar düzəldir və
satırlar.Orada növbənöv üzüklər, qolbağlar, bir, iki və üç
sıra qızıl azərbayvanlı pulu düzülmüş boyunbağılar, bizim
qaraçı artistlərinin həsəd apara biləcəkləri və hətta Şamaxı
rəqqasəsi, gözəl Nisəyə paltar tikməyə bəs edə bilən baş
örtükləri, sırğalar, yaxasında qızıl və gümüşdən meyvə
şəkilləri toxunmuş koftalar düzəldilir və satılır.Belə
koftalar burada çox dəbdədir.Bütün bunlar göz qamaşdırır,
işıq saçır, adama “gəl- gəl” deyir.Səs- küydən qulaq
tutulur. Dalaşan kim, qılınc vuran kim, qışqıran, qorxudan,
döyüşən kim, bir- birinə uzaqdan salaməleyk deyən, əlini
sinəsində çarpazlayaraq salamlaşan, qucaqlaşan kim,
sövdələşən, mübahisə edən,höcətləşən,and içən kim və s.
Aleksandr Düma
Tanınçış fransız yazıçısı
|