1920, 21 aprel |
Xanımana Sabir qızı Əlibəyli Bakı şəhərinin Keşlə kəndində zadəgan ailəsində anadan olmuşdur. Bakıda 13 saylı məktəbdə təhsil almışdır. |
1935 |
Bakıda keçirilən bir olimpiadanın yekun konsertində öz şeirini oxuyan Xanımana Respublikanın o zamankı rəhbəri M.C. Bağırovun diqqətini cəlb etmiş, pulla mükafatlandırmışdır. |
1936 |
İlk şeiri “Stalin” “Şərq qadını” jurnalında çap olunmuşdur.
|
1937
|
N.Nərimanov adına Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
|
1942
|
İnstitutu uğurla bitirən gənc həkim təyinatla Masallıya göndərilir. Burada Qızılavar kənd həkim məntəqəsinin müdiri vəzifəsində işləyir.
|
1945 |
Bakıya qayıdır, poliklinikada həkim-pediatr işləyir. Tanınmış həkim-cərrah Həsən Abdullayevlə ailə qurur.
|
1951 |
“İşləməyən dişləməz” adlı birinci kitabı çap olunmuşdur. |
1953 |
Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir.
|
1957 |
SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur.
|
1960, 5 mart |
Kommunizm quruculuğu işində fəal iştirakına görə Fəxri fərmanla təltif edilmişdir. |
1968, 19 mart |
Uşaq mətbuatı və ədəbiyyatı sahəsində uzun illər səmərəli işlədiyinə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə mükafatlandırılmışdır.
|
1969 |
“Отличник печати СССР” medalı ilə təltif olunub. |
1972, 18 may |
Respublika pioner təşkilatının işində fəal iştirak etdiyinə, böyüməkdə olan nəslin kommunist tərbiyəsi sahəsində uzun illər səmərəli fəaliyyət göstərdiyinə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə mükafatlandırılmışdır. |
1980 |
Kukla teatrımız Hindistanda qastrol səfərində olarkən Dehli və Bombey şəhərlərində “Cunquş” pyesi ilə çıxış etmişdir. |
1984, 27 dekabr |
Mədəniyyət evinin tədbirlərində və ictimai işlərində fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif edilmişdir. |
1991, 1 iyul |
“Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi” fəxri adı verilmişdir. |
1998 |
“İlin qadını” adına layiq görülmüşdür. |
1999 |
Ümummilli liderimiz Heydər Əliyev ona Prezident təqaüdü təyin etmiş, bu münasibətlə xatirə olaraq ona gözəl bir büllur şamdan da bağışlamışdır.
|
2006 |
“Mirvarid Dilbazi” adına mükafata layiq görülüb.
|
2007, 7 may |
Ömrünün ixtiyar çağında dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir.
|