HƏMİŞƏ SAĞDIR!
Azmı sevindirib yazdığı əsər,
Bizi Xanımana Əlibəylinin?!
Ruhu da, səsi də dolaşıb gəzər
Ərzi Xanımana Əlibəylinin!
Hər nağıl sehrli aləm kimidir,
Qoymaz darıxasan- həmdəm kimidir,
Xəstəni sağaldan məlhəm kimidir
Sözü Xanımana Əlibəylinin!
Dünənə baş vurar, sabaha varar,
Sanki qaranlıqda işıq yandırar
Yorulmuş adamı qanadlandırar
Sözü Xanımana Əlibəylinin!
Ondan balalara sovqatdır nələr-
Səhnəcik tamaşa... şirin nəğmələr,
...Yaşasın vəfalı, xeyirxah Gülər-
Qızı Xanımana Əlibəylinin!
Dünyaya gəlmək də, ölmək də haqdır,
Dünyadan köç edib gör neçə vaxtdır
Xalqın yaddaşında həmişə sağdır,
Özü Xanımana Əlibəylinin!
Oktay Rza,
şair