1931 |
Naxçıvan MR-nın Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsilini Bakıda 31 saylı məktəbdə almışdır. |
1948 |
İlk şeiri “Şirindir” “Azərbaycan pioneri” qəzetində dərc olunmuşdur. |
1949-1954 |
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
|
1954
|
Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin mədəni-maarif müəssisələri idarəsində metodiki kabinetin metodisti kimi başlamışdır..
|
1958
|
SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir.
|
1958-1961 |
“Azərbaycan müəllimi” qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir.
|
1961 |
“Göyərçin” jurnalı redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir. |
1963 |
“Göyərçin” jurnalı redaksiyasında məsul katib vəzifəsində çalışmışdır.
|
1966 |
Sovet İttifaqı Kommunist Partiyasının üzvü seçilmişdir.
|
1968 |
Uşaq mətbuatı və ədəbiyyatı sahəsində xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. |
1976 |
“Göyərçin” jurnalının redaktoru vəzifəsində işləmişdir.
|
Azərbaycan Yazıçılar Birliyi uşaq və gənclər ədəbiyyatı şurasının sədri, keçmiş SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü seçilmişdir. |
Balakən rayonunun kolxozlarında və müəssisələrində məzmunlu, maraqlı çıxışlarına görə fəxri fərmanla təltif edilmişdir. |
1977 |
Böyük Oktyabr Sosialist inqilabının 60 illiyi ilə əlaqədar Azərbaycan SSR Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə bəstəkar Məmməd Quliyevlə bir yerdə yazdığı “Günəşli dağlar haqqında dastan” akapellası üçün birinci mükafat almışdır. |
1984 |
“Azərbaycan Lenin komsomolu” mükafatı laureatına layiq görülmüşdür. |
1988 |
V.İ.Lenin adına Sovet Uşaq Fondunun Azərbaycan Respublika şöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olmuşdur. |
1997 |
Bakıda vəfat etmişdir.
|
Azərbaycan Yazıçılar Birliyi “Tofiq Mahmud” adına mükafat təsis etmişdir. |