YAXŞILIQ
Bayquş ulayırdı bəd nəfəsiylə,
Dünya sarsılırdı dar bir otaqda.
Lənətə gəlmişin bədbəxt səsiylə
vahimə basırdı məni yataqda.
İrəli yeridin, qarşı gələrək,
bir az tələsdin də, qorxdun ki, uça, -
sən hardan tapdınsa, əlində çörək
Şairdi, rəhm elə dedin bayquşa
Oyandım yuxudan səhərə yaxın,
Fikrimi gizlincə danışmaq üçün.
Yuxuda gördüyüm bu yaxşılığın
həyata çağırdı yaşamaq üçün.
Nəriman Həsənzadə,
Xalq şairi