ŞAİR MİR MEHDİ

 

 

Şair Mir Mehdi,

Dostluqda təkdir.

Dünya dağılsa

O pozmaz əhdi.

Var olsun şair!

Yaşasın ağa!

Şöhrət gətirdi

Bizim torpağa.

Kim deyər bu gün

Ağa qocalıb

Həvəsdən düşüb,

Gücü azalıb.

Yalandır yalan.

Yeni nəğmələr

Oxuyacaq o.

Yeni xallarda

Ələ saz alıb.

Ağa cavandır

Cavan oğlandır

Həm təbi rəvan

Həm eşqi rəvan

Kim deyər onun

Şövqi azalıb

Yalandır, yalan.

Yüz il də yaşa

Ay cavan oğlan

Sağ ol, ay zalım!

 

Rəsul Rza

xalq şairi

 

 

<< Geri