HƏLƏ

 

Ələnmiş saçına qar narın –narın,

Şeirdir, sənətdir dövlətin, varın.

Salır şəkərini suya qızların,

Yardan müjdə verir qəzəllər hələ.

              

Sözün könüllərdə yandırıb ocaq,

Ünvan verməsən də, ünvan alacaq,

Şairsən, evinə qan da salacaq,

Bu ilham pərisi gözəllər hələ.

 

Dedim təbiətin öz qulağına,

Xəzəl tökmək olmaz ömür bağına,

Dedi: Altmış il-siftədir ona,

Yüz il də tökmərəm xəzəllər hələ

 

Abbasəli Sarovlu

Şair Mir Mehdi Seyidzadənin

anadan olmasının 60 illiyinə

 

<< Geri