1907, 11 noyabr |
Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olmuşdur. |
1912 |
İlk təhsilini İranın Məşhəd şəhərində mollaxanada almış, ibtidai təhsilini rus tələbələri üçün açılmış “Məktəbi Ziya”da davam etdirmişdir. |
1920 |
Ailəsi ilə birlikdə Bakıya köçmüşdür. |
1921-1925- |
Bakı Pedaqoji Texnikumunda təhsil almışdır.
|
1925 |
İlk mətbu şeiri “Kənd qızı” “Şərq qadını” jurnalında çap edilmişdir.
|
Qubadlı və Şəmkirdə komsomol qəza komitəsində çalışmışdır.
|
1926-1930 |
Bakının Lenin rayonundakı Caparidze adına kitabxanada işləmişdir.
|
“Şanlı gün” əsəri “Ən yaxşı uşaq əsərləri üçün” müsabiqəsində mükafat almışdır.
|
1929 |
Ədəbi yaradıcılığa başlamışdır.
|
“Qoçaq ” adlı ilk kitabı çap olunmuşdur.
|
1930
|
Maarif işçilər ittifaqı kitabxanasında kitabxana müdiri vəzifəsində işləmişdir. |
1931-1932
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin qiyabi şöbəsində öz təhsilini davam etdirmişdir.
|
“Şanlı gün”, “Kiçik təyyarəçilər” kitabları nəşr olunmuşdur.
|
1932-1946 |
Azərbaycan Dövlət Nəşriyyatında və “Uşaqgəncnəşr”də şöbə müdiri, sonra isə redaktor və baş redaktor vəzifələrində çalışmışdır. . |
1933-1934 |
“Neftə doğru”, “Pinti Həsən” kitabları çap olunmuşdur.
|
1935 |
“Nərgiz”, “Kim güclüdür” kitabları nəşr edilmişdir.
|
1936 |
“Çocuq şeirləri” adlı kitabı dərc edilmişdir. |
Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir. |
1939
|
“Qızılquş”, “Kiçik pyeslər”, “Qara şəhər” kitabları çap olunmuşdur.
|
1940, 27 aprel
|
Azərbaycan Sovet Sosialist Respublikasının 20 illiyi münasibəti ilə “Fəxri fərmanla” təltif edilmişdir. |
“Ceyran” kitabı dərc olunmuşdur. |
1941-1945 |
“Pioner andı”, “Balaca döyüşçülər”, “And”, “Vətən qızı”, “Qorxmaz”, “Bizim ellər”, “Maral” kitabları çap olunmuşdur. |
1941, 12 yanvar |
Sovet Ordusunun tərkibində İrana getmiş və “Qızıl əsgər” qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir.
|
1944 |
Ordudan tərxis olunduqdan sonra Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor vəzifəsində işləmişdir. |
1945 |
Azərbaycan Sovet Sosialist Respublikasının 25-ci ildönümü günündə Azərbaycan SSR XKS yanında Poliqrafiya və Nəşriyyat İşləri İdarəsi və Poliqrafiya Sənayesi İşçiləri Həmkarlar İttifaqının Azərbaycan Respublika Komitəsi, Böyük Vətən müharibəsi günlərində göstərdiyi əmək intizamına görə fəxri fərman ilə mükafatlandırılmışdır. |
Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. |
1948-1949 |
“Şeirlər”, “Yaxşı yoldaş” kitabları dərc olunmuşdur. |
1950 |
“Çiçəklənən düzlər” kitabı dərc edilmişdir. |
1954, 27 fevral |
Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin Rəyasət heyəti tərəfindən M.Qorki adına Gənc Tamaşaçılar Teatrının yaranmasının 25 illiyi ilə əlaqədar olaraq “Fəxri fərmanla” təltif edilmişdir.
|
“Yeni il hədiyyəsi” kitabı çap olunmuşdur. |
1957 |
“Seçilmiş əsərləri” kitabı nəşr edilmişdir. |
1958 |
“Şərəf nişanı” ordeni, Lenin komsomolu mükafatı ilə təltif edilmişdir.
Azərbaycan LKGİ MK-si gənc nəslin tərbiyəsində mühüm rol oynayan qiymətli əsərlər yaratdığına və anadan olmasının 50 illiyi münasibətilə “Fəxri fərmanla” təltif etmişdir.
|
1959 |
“Ürək sözləri” kitabı çap olunmuşdur.
|
1960, 24 may |
“Azərbaycan SSR əməkdar incəsənət xadimi” adı verilmişdir. |
1962-1963 |
“Sirli çeşmə”, “Ulduzlar səpələnir” kitabları dərc olunmuşdur.
|
1964 |
“Şairin kitabxanası” seriyasından “Şeirlər və poemalar” adlı ilk kitabı çap edilmişdir. |
1966
|
“Əmək veteranı” medalı ilə təltif edilmişdir. |
“Seçilmiş əsərləri” 2 cilddə çap olunmuşdur.
|
1968 |
“Həyat eşqi” kitabı nəşr edilmişdir. |
1975 |
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı və Lenin ordeni ilə təltif edilmişdir. |
1975-1978 |
“Unudulmaz xatirələr”, “Gümüşü qar”, “Xatırlayarsan məni” kitabları çap edilmişdir
|
1976, 31 avqust |
Bakıda vəfat etmiş və ikinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
|
1991 |
Nazirlər Kabinetinin qərarı ilə keçmiş Belinski adına Mərkəzi Şəhər Uşaq Kitabxanasına görkəmli uşaq şairi Mir Mehdi Seyidzadənin adı verilmişdir. |
2006 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə “Seçilmiş əsərləri” çap olunub.
|
2014 |
Əmircan kəndindəki küçələrdən birinə Mir Mehdi Seyidzadənin adı verilmişdir.
|