Arzular çox, ömür az,

Mən olmayanda, hər yaz

Dolaşarsan gülşəni

Xatırlayarsan məni


Övlad məhəbbəti şirin olsa da,

Namusdan yüksək şey yoxdur dünyada.

Vətən yağıların olsa tapdağı,

Övlad da, namus da, sovrular bada.


Ey vətən, sənindir, şeirim, sənətim,

Sənindir varlığım, bütün qüdrətim,

Sənin torpağında yaranmışam mən,

Yolunda ölsəm də qalar şöhrətim


Mənə həyat verən yurdum, elimdir,

Vətən candan sirin bir sevgilimdir.

Ölməz Füzulini, böyük Sabiri

Yetirən Vətənim, ana dilimdir


Döşünə gül taxıb, gözəl yaz gəlir.

Günlər bir-birindən daha saz gəlir.

Bizim bu sevimli vətənimizdə,

A dostlar, bir ömür mənə az gəlir.


Aşiqin sevgisi, sevdası xoşdur,

Ömür bir kitabdır, mənası xoşdur.

Bir bayraq altında səadət quran

Bizim bu qardaşlıq dunyası xoşdur.


Sehirli atlarla mən atlanırdım,

Xəyal aləmində qanatlanırdım,

Nağıllar olmuşdu mənə əyləncə.

Nağıl dinləməsəm yatmazdım gecə.


Keçmiş uşaqlığım nə qədər istirab ilə,

Dövran verib qanad yetiribdir zaman məni.

Yurdumda bir çinar kimi möhkəm dayanmışam,

Tufan qopanda da vura bilməz xəzan məni


Biz insan xəyallarının, babaların xoş arzularının görünməmiş bir sürətlə həqiqətə çevrildiyi bir dövrdə yaşayırıq. Əlbəttə, belə bir dövrdə müasir nağılların yaradılmasına böyük ehtiyac vardır.

<< Geri