XX əsr Azərbaycan ictimai fikir tarixində Abdulla Şaiq Talıbzadə görkəmli yer tutur. O öz dövründə xalq müəllimi, şair, nasir, dramaturq və tərcüməçi kimi tanınmışdır. Abdulla Şaiq əlinə qələm aldığı gündən ömrünün sonunadək, təxminən altmış il yaratdığı bədii əsərlərlə milli ədəbiyyatımızın zənginləşməsinə çalışmış, ədəbi fikrin, maarif və mədəniyyətin inkişafına müəyyən təsir göstərmişdir.  2001-ci ildə Abdulla Şaiqin 120 illik yubileyi ilə əlaqədar olaraq Mənzil Muzeyinin önündə ədibin büstü qoyulmuşdur. 2012-ci ildə isə şairin barelyefli xatirə lövhəsinin açılışı olub. Hər iki əsər xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanmışdır.

 

 

<< Geri