Abdulla Şaiq adına 54 saylı tam orta məktəb 1976-cı ildən fəaliyyət göstərir. Məktəb əvvəlcə 1 korpusdan ibarət olmuş, 2005-ci ildən məktəbin 2-ci korpusu istifadəyə verilmişdir. Əsas korpus 840 köməkçi korpus isə 240 şagird yerlikdir. Məktəbin ilk direktoru Hənifəyeva Rima Abbas qızı olmuşdur. 2006-2007- ci tədris ilindən məktəbə direktor vəzifəsinə Abbasova Sahibə Namaz qızı təyin edilmişdir.

Məktəbimiz 2 dəfə " Ən Yaxşı Ümumtəhsil Məktəbi" adına layiq görülmüşdür. İlk dəfə 2008-2009 tədris ilində və 2015-2016 tədris ilində Prezident İlham Əliyevin sərəncamı əsasında yenidən "Ən Yaxşı Ümumtəhsil Məktəbi" adına layiq görülmüşdür. Məktəb 2014-2015-ci tədris ilində Republika Prezidenti İlham Əliyevin sərəncamı ilə əsaslı təmir edilmiş və yenidənqurma içləri aparılmışdır.

 

<< Geri