Ey yeni gəncliyin əski bağbanı
Yurdu qaranlıqdan qurtarmaq üçün,
Bəzətmək üçün bu Azəristanı...
Sən toxumlar səpdin, pək çox çalışdın
Qəlbə nüfuz edən əsərlərinlə,
Qaranlıq pərdəyi yırtmaq istədin.
Usanmaq bilməyən əməllərinlə
Nəhayət zülmətə sən qalib gəldin.
İştə bu gün sənin şən bağçaların
Çiçəklər açaraq meyvələr verdi.
Yeni həyat üçün çaldığın sazın
Əski ənənəyi artıq məhv etdi.
Gənclik üçün sənin qoyduğun yollar
Hər yerə ziyalar, nurlar saçıyor,
Kükrədi əkdiyin bütün toxumlar
Bu gün gənclik səni həp alqışlıyor.
Süleyman Rüstəm
1956- cı il
|