ŞAİQƏ

 

Ey azər şairi sən çox çalışdın,

Kəndi şeirin ilə həqqə alışdın,

Cəhl odu ilə hərbə qalkışdın,

Yazıq Şaiqləri olmayanlara.

 

İnlətin rübabın xəstə telini,

Oyatdın uyqudan sən türk elini,

Döndərdin bahara xəzan yelini,

Yazıq Şaiqləri olmayanlara.

 

Vətən bağçasının oldun bağbanı,

Həzin şeirin oldu xəstə dərmanı,

Xoş günə çıkardın Azərbaycanı,

Yazıq Şaiqləri olmayanlara

 

Məhəmməd Səad

 

 

<< Geri