HÖRMƏTLİ ŞAİQƏ

 

Qaranlıqdan şəfəq saçar bir mələk,

Özvan yurduna, aşina quşdu

Qarşılarkən onu: ay, ülkər, çiçək

Şaiq-Şaiq deyə hayqırdı,coşdu.

 

Sevincindən nazlı mələklər çağlar!

 Biz gülürüz, artıq fələklər ağlar!

 

Yapdığın dalğalar, Dənizlər aşmış,

Taleyiniz uğurlu bir günəşmiş,

“Yeddi ülkər” bir birinə dolaşmış,

Yaradan ruhuna yəqin bir eşqmiş.

 

Səsləniriz: dağlar, dağlar,ah dağlar!

Sən gülərkən,gülün, bülbülün ağlar.

 

Atababa Musaxanlı

 

 

<< Geri