HƏMİŞƏ YAZ OLAR

(Sevimli yazıçımız A.Şaiqin vəfatı münasibətilə)

 

Yerə kök atmayan qalxıb ucalmaz

Sözlərin gücünü torpaqdan aldı

Ulduzlar batanda izi də qalmaz

Sən batdın, Şəfəqin dünyada qaldı.

 

Keçər qərinələr, Ötər necə il,

Həmişə yaz olar sənət bağında.

Sözlərin gələcək nəsilbənəsil

Körpə balaların gül dodağında.

 

Sənət yollarında dayandın mətin,

Səni sarsıtmadı nə dərt, nə ələm.

Neçə sənətkarın, necə alimin

Gözünə nur verdin, əlinə qələm.

Bəxtiyar  Vahabzadə

1959-cu il

 

<< Geri