Əziz Şaiq, Sən öyrətdin bizə məktəbdə imlanı,
Deyildir sevməmək mümkün sənin tək yaxşı insanı.
Özün doğru, sözün doğru, əlin doğru, dilin doğru,
Cavanlıqdan yol aldın sən səadət mülkünə doğru.
Gülərdi gözlərin məncə günahsız körpə tək hər an,
Qırışlarla yazılmışdır açıq alnında haqq vicdan.
Qızıl bayraqlar altında ömür sürdün səadətlə,
Yaxın dosta, uzaq dosta könül verdin məhəbbətlə,
Uzun illər qələm caldın,vətənçin, elçin, ey ustad,
Bu ağ günlər zamanında bizi tərk eylədin heyhat.
Özün getdinsə, yurdunda yenilməz, güclü ordun var.
Sovetlər ölkəsində hər zaman şan -şöhrətin artar.
Süleyman Rüstəm
1956- cı il
|