Şaiqim! Şairlər içində təksən,
Təmiz vicdanınla gülsən , ipəksən.
Dilindən küsməmiş tanış da, yad da,
Səndən inciməmiş qarıncalar da...
Keçdi qaranlıqda odlu gəncliyin,
Xoş olsun indiki qulaq dincliyin...
Əməlin qurtuluş ,varlığın sənət,
Yaşasın qardaşlıq, bir də məhəbbət!
İndi bir günəşin zərrəsiyik biz,
Var olsun birləşən dost əllərimiz.
Ətirlər dağılır xoş nəfəsindən,
Çiçəklər oynayır ayaq səsindən,
Varlığın, vicdanın ləkədən uzaq,
Böyüklə böyüksən, uşaqla uşaq
Əsrə layiq olan bu ruhla sən,
Ölkənin qoca bir müəllimisən.
Səməd Vurğun,
Xalq şairi |