ŞAİQ

 

Yenə təntənə var Azərbaycanda

Şaiq günləridir ,Şaiq ilidir.

Şaiqi yaşadan ürəkdə,canda,

Bu xalqa, vətənə şaiqliyidir.

 

Dağlara səs saldı “Dağlar soltanı”

“Köç” də köç eylədi ağ günə sarı

“Simurq quşu” etdi Şaiq babanı,

Bizim “Əsrimizin qəhrəmanları”.

 

 “Hürriyyət pərisi” açdı qol qanad,

 Sevindi “bir günəş zərrəsi” kimi.

Qovuşdu “Eloğlu”, “Araz”,  “Qocpolad”

Əbədi bir “Ana” körpəsi kimi.

 

Arzusu “Səadət”, sevgisi “Vətən”,   

Niyyəti ən ülvi, böyük əməllər.

“Şaiq məktəbi”-ndən Şaiq irsindən

Dərs alıb yetişdi necə nəsillər.

 

Dünyaya, insana məhəbbətilə

Gönülə gün doğdu, ulduz parladı.

Böyük sənətilə, şəxsiyyətilə

Müəllimlər müəllimi çağrıldı adı.

 

Yenə təntənə var Azərbaycanda,

Şaiq günləridir ,Şaiq ilidir.

Şaiqi yaşadan ürəkdə,canda,

Bu xalqa, vətənə şaiqliyidir.

Əflatun Saraclı

 

 

<< Geri